Səyyad Əlizadə koronavirusa yoluxub: Vəziyyəti ağırdır

Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.
Bunu “Report”a açıqlamasında müğənninin qohumu Razim Qarayev deyib.
O bildirib ki, S. Əlizadə 10 gün əvvəl COVID-19 infeksiyasına yoluxub:
“Ötən gün vəziyyəti ağırlaşıb. Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilib.
Hazırda reanimasiya şöbəsindədir və süni nəfəs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır”.


Oxşar Xəbərlər

Xəbər lenti