Ölkədə boşanmaların sayı artıb

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 30 289 nikaha daxilolma qeydə alınıb.
Sozcu.info  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.
Belə ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,2-yə qədər artıb. 
Eyni zamanda cari ilin 7 ayı ərzində qeydə alınan boşanma hallarının sayı isə 9 692-dir. Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı da isə 1,4-dən 1,7-yə qədər artıb.


Oxşar Xəbərlər

Xəbər lenti