Erməni terrorundan zərər görən neçə məktəb təmir edilib?

“2020-ci il 44 günlük Vətən müharibəsində erməni terroru nəticəsində Azərbaycanda 45 məktəbə ziyan dəyib”. 
Sozcu.info -un  məlumatına görə, bunu “Media və təhsil dialoqu” təlimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov bildirib. 
Onun sözlərinə görə, onlardan 36-da təmir və tikinti işləri yekunlaşıb.
O qeyd edib ki, Təhsil Nazirliyinin sifarişi ilə bu il 15 sentyabr tarixinə qədər tikilən və əsaslı təmir olunan yeni 37 məktəbin açılışı olub: 
“Bu məktəblərdən 22-si bir tipli, 15-i modul tipidir. Dekabr ayı ərzində isə 32 məktəbin açılması planlaşdırılır. Onlardan 16-sı birtipli, 16-sı modul tiplidir”.


Oxşar Xəbərlər

Xəbər lenti