Mais Bərxudarov Şuşada bayrağımızı qaldırdı

General-mayor Mais Bərxudarov Şuşanın Bayraq meydanında üçrəngli bayrağımızı ucaldıb.
Sozcu.info  xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov özünün rəsmi tvitter səhifəsində bildirib.
 
"Bu gün Anım Günü ilə bağlı Şuşanın Bayraq meydanında Dövlət Himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırdıq. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş etdilər", - o vurğulayıb.


Oxşar Xəbərlər

Xəbər lenti