Tramp İranla danışıqların uzanmasına hazırlaşır
Emindən nostalji paylaşım:
"Bir vaxtlar yay belə idi" - FOTO
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
İşə qəbul qaydalarında mühüm dəyişiklik
Azərbaycanda bu nazir vəzifələri boşdur —
Siyahi
Leyla Əliyeva Şövkət Ələkbərovanın mahnısını ifa etdi -
Vidio
Xanımı İbrahim Borçalıdan üzr istədi
Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Zahid Orucdan yeni Mərkəz yaradılması ilə bağlı TƏKLİF
“Ötən il bu vaxt arxa və ön cəbhə birləşdi. Millətin düşmənə qarşı səngəri vahid oldu - tikəsini əsgərlə bölüşən hər bir insan, yaralıya qanını verən istənilən soydaşımız, evini və isti ocağını paylaşan hər bir ailə ordumuzla eyni sırada döyüşdü”.
Sozcu.info
-nun məlumatına görə, bunu memorial.az saytı – “Yaddaş kitabı”nın təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.
Onun sözlərinə görə, müharibə başlayanda onun nə qədər sürəcəyi bəlli deyildi:
“Ona görə də savaş təkcə gənclərimizi deyil, həmçinin onların quracağı yeni ailələri, doğulacaq sabahkı övladları da əlimizdən alıb. Lakin qanını torpağa verən oğulların əvəzinə vətən və azadlıq, sevinc və bütövlük doğulub. Ona görə də 8 noyabr həm də yeni müstəqillik günümüzdür. Çünki Azərbaycan xalqı öz azadlığını tam ərazi bütövlüyü çərçivəsində elan edə bilməmişdi.
İndi düşmənin 90-cı illərdə azərbaycanlıları öldürdüyünə görə qəhrəmana çevirdiyi minlərlə işğalçı əsgər və zabiti Ermənistan siyasi liderlərinin avantüralarına qurban gedən şəxslər kimi əvvəlki yüksək status və titullarını itiriblər. 26 sentyabra qədər igidliklərindən bəhs edənlərin geri sayımı başlayıb. Prezident İlham Əliyevin o adamlara “çıxarın ordenləri” çağırışı məhz ədalətsiz qələbə ilə öyünənlərə verdiyi tarix dərsidir”.
O əlavə edib ki, ötən minillikdən miras qalan müharibəni XXI əsrdə qazanmaq, qalib dövlət statusunu əldə etmək, işğala məruz qalan ölkələr üçün inam simvolu olmaq Qələbəni əvəzsiz resursa çevirməyi tələb edir:
“Lakin qələbəmizə qəsd planları müstəqilliyimizin 30 və Zəfərimizin bir ili qarşısında milli ruhun görünməmiş yüksəlişini və qurucu enerjisini azaltmaq cəhdləri hər gün artır. Müharibədən çıxan bir ölkənin üzləşdiyi bütün problemləri siyasiləşdirmək, Qələbənin müqəddəsliyinə kölgə salmaq və onu kiçiltmək səyləri geniş vüsət alır. Döyüş meydanlarında qazandığımız qələbəni mənəvi, siyasi, informativ və digər platformalarda oğurlamağa cəhd edirlər.
Qalibiyyət tarixi “yaddaş siyasəti” ilə qorunub hifz olunur. Tarixi yaddaşın əksi unutqanlıqdır. Ona görə də müharibələrin xalqın mənəvi-siyasi kimliyinə göstərdiyi misilsiz təsir gücünü nəzərə alan dövlətlər tarix, anım, hərbi qələbələrin daşlaşdırılması və gələcək nəsillərə ötürülməsini bir nömrəli məsələyə çevirir. İndi yaradılan elektron resurs bu yöndə xeyirxah təşəbbüsdür”.
“Zəfər tariximizin yüz illər sonrakı gələcəyimiz üçün yaddaşlara yazılması ilə bağlı Prezidentin çağırışına cavab olaraq Tarixi Yaddaş Mərkəzinin yaradılması məqsədəuyğun olar. Azad olunmuş torpaqlarda yaddaş məkanlarının seçilməsi müstəsna əhəmiyyət kəsb edir. Prezidentin Şuşada hər daşa, abidəyə tarixin yadigarı kimi həssas münasibəti təkcə Vaqifin, Üzeyirin, Bülbülün öz mərtəbələrinə qayıdışı deyil, itirilmiş tariximizin bərpası deməkdir.
Yekunda bir daha vurğulayaq ki, şəhidlər bizim bu torpaqda yaşamaq, yaratmaq haqqımızı, azərbaycanlı adlanmaq, bu adla və soyadla tanınmaq hüququmuzu gerçəkləşdirdlər. Ona görə də biz qəhrəman oğulları unuda bilmərik. Keçmişini unudan onu yenidən yaşamağa məhkumdur. Xatırlandıqca, ehtiram göstərildikcə, deməli, biz də varıq, yaşayırıq və həmişə qalib gələcəyik.
İnanırıq ki, hər bir azərbaycanlı Zəfərimizin möhkəmləndirilməsi, onun yeni hədəflərə çatmasında Vətən müharibəsi şəhidlərini özünə ideal seçəcəkdir”, - deyə o qeyd edib.
Oxşar Xəbərlər
Zahid Orucdan yeni vəzifəsi ilə bağlı AÇIQLAMA
Zahid Orucdan Türkiyədəki seçkiyə isti reaksiya:"İndi "Evet və Hayır”la bölünən ölkəni "VƏTƏN” deyib, birləşdirmək gərəkdir!"
Zahid Orucdan Şeyxə və digərlərinə çağırış: “Mövqeyinizi bildirin!”
Zahid Oruc həbs olunmuş hərbiçilərimizdən danışdı:“Aprel döyüşlərindən sonra belə təxribatlar gözlənilən idi”
Xəbər lenti
"BakıKart"ın satış qiyməti bahalaşdı
Sabah 35 dərəcə isti olacaq
Tramp İranla danışıqların uzanmasına hazırlaşır
Emindən nostalji paylaşım:
"Bir vaxtlar yay belə idi" - FOTO
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
İşə qəbul qaydalarında mühüm dəyişiklik
İstidə insanı ən çox zəhərləyən qidalar bunlardır
Azərbaycanda bu nazir vəzifələri boşdur —
Siyahi
Leyla Əliyeva Şövkət Ələkbərovanın mahnısını ifa etdi -
Vidio
Xanımı İbrahim Borçalıdan üzr istədi
Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Gəncə-Daşkəsən yolunda ağır qəza -
Fotolar
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Bakının bu ərazilərində işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Bakıda qadın evinin həyətində ölü tapıldı
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
"BakıKart"ın satış qiyməti bahalaşdı
Sabah 35 dərəcə isti olacaq
İstidə insanı ən çox zəhərləyən qidalar bunlardır
Bakının bu ərazilərində işıq olmayacaq
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq