8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Xaricdən müxtəlif kəşfiyyat mərkəzləri tərəfindən himayə olunan və yönləndirilən şəxslər təkcə Azərbaycan dövlətinə qarşı deyil, ölkənin hər bir insanına qarşı çıxmış olurlar” - deyə, Z.Oruc bildirib.
Deputat deyib ki, dövlətin müqəddəsliyinə xələl gətirmək olmaz: "Xaricdə olan bəzi şəxslər Azərbaycanın ümumi ictimai-siyasi məkanını təhqir notlarına bürüyürlər. Onlar təhqiri siyasi həyatın elementinə çevirirlər. Bu baxımdan, Azərbaycanın hər bir insanından, xüsusi ilə də mühüm ictimai missiya daşıyan insanlardan bu məsələyə reaksiya vermələrini istəyirəm”.
Z.Oruc Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə müraciət edib: "Şeyx hər zaman dövlətin və dövlətçiliyin yanında olub. Ən müxtəlif dövrlərdə bunun şahidi olmuşuq. Bəli, din dövlətdən ayrıdır, amma hər zaman düşünürük ki, dövlət dinsiz, din də dövlətsiz ola bilməz. Ona görə də Şeyx başda olmaqla, inanc sahiblərimizi aparılan bu kampaniyaya reaksiya verməyə çağırıram. Mədəniyyət və incəsənət xadimlərini kampaniyaya reaksiyaya verməlidirlər. Hesab etməyin ki, mövqe bildirmək ancaq hakim partiyanın üzərinə düşür. Bunların hər biri sizə qarşıdır. Buna müşahidəçi olmaq olmaz. Bu məsələ hər birimizdən vətəndaş mövqeyi tələb edir. Hesab edin ki, siz səngərdə dayanan əsgərin yanındasınız. Bu məsələdə mövqeyinizi göstərin! Düşünməyin ki, bu, konkret şəxslərin missiyasıdır. Xeyr, bu, həm də sizin vəzifənizdir”./musavat.com/