Xəzər sahilində tapılan suitilərin kütləvi ölümünün səbəbi nədir? - FOTO

Xəzər dənizi sahilində yenidən suiti cəsədləri tapılıb.
Sozcu.info -nun  məlumatına görə, onların öldürüldüyü ehtimal edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Xəzər dənizinin Pirşağıya düşən hissəsində sahilboyu ölən suitilər qeydə alınıb:
“Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun elmi işçisi, dosent Süleyman Süleymanov ilə birlikdə Pirşağıda suitilərə baxış keçirdik. Apardığımız müşahidələr zamanı məlum oldu ki, cəsədlərin üzərində kəsici alət izləri var.
Bu suitilər qida axtarışında olan zaman balıqçı torlarına düşüblər. Nəticədə balıqçılar tərəfindən həmin suitilər məhv edilirlər. Bu balıq ovu aləti qeyri-qanunidir”.
A.Səmədova qeyd edib ki, dənizin sahilində bir neçə yeni ölən suiti aşkarlanıb:
“Köhnə, çürüməkdə olan və tamamilə çürüyən suitilər isə beş-altı başdır”.
Qeyd edək ki, bir müddət əvvəl də Xəzər dənizi sahillərində qanunsuz ovun qurbanı olan suitilər aşkarlanıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}