Xəzərdə balıqların tələf olmasının səbəbi məlum oldu

Zaqulba, Buzovna, Mərdəkan çimərliklərində balıqların tələf olmasına səbəb son günlər havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalmasıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sozcu.info-a verilən məlumata görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bildirib. Onun sözlərinə görə, yay aylarında bu, təbii prosesdir və suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür.

Xidmət rəsmisinin sözlərinə görə, tələf olmuş balıqlar üzərində aparılan analizlərin nəticələri də balıq nümunələrində infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.


Oxşar Xəbərlər

Xəbər lenti