Tramp İranla danışıqların uzanmasına hazırlaşır
Emindən nostalji paylaşım:
"Bir vaxtlar yay belə idi" - FOTO
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
İşə qəbul qaydalarında mühüm dəyişiklik
Azərbaycanda bu nazir vəzifələri boşdur —
Siyahi
Leyla Əliyeva Şövkət Ələkbərovanın mahnısını ifa etdi -
Vidio
Xanımı İbrahim Borçalıdan üzr istədi
Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Cavanşir Feyziyev JURNALİSTLƏRİ TƏHQİR ETDİ
Xəbər verdiyimiz kimi, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Maraqlıdır ki, C.Feyziyev məsələ ilə bağlı səhəri gün müsahibə verərək məlumatı təsdiqləsə də, bu gün yenidən geniş açıqlama yayıb. Mətbuat Şurasının üzvü olan C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.
Sozcu.info deputatın həmin açıqlamasını təqdim edir:
“Əziz dostlar,
Keçən həftə London məhkəməsinin qərarı ilə ailə üzvlərimin bank hesablarında olan 15 milyon funt-sterlinqin 10 milyonu sərbəst buraxıldı. Bu məbləğin qanuniliyinin London məhkəməsi tərəfindən tanınması ilk növbədə Azərbaycanda biznes mühitinin və qazanılan vəsaitlərin qanuniliyinin və şəffaflığının göstəricisidir.
Bildiyiniz kimi, vaxtilə Beynəlxalq Bankın əməliyyatlarında baş vermiş qanunsuz hallar Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və orada cinayət əməlinin törədilməsi sübut olunub. Buna görə də qalan 5 milyon məbləğin vaxtilə məhz Beynəlxalq Bank vasitəsilə köçürülməsi həmin məbləğin müsadirə olunması ilə nəticələndi. Bunun qarşısını almaq mənim iradəmdən kənarda idi. Britaniya məhkəməsinin qərarında da, Britaniya mətbuatında da mənim və ailə üzvlərimin hər hansı qeyri-qanuni hərəkətə yol vermədiyimiz ayrıca qeyd olunub. Azərbaycan mətbuatında isə bütün bunlar təhrif olunmuş şəkildə təqdim edildi.
- Ailə üzvlərimin hesablarındakı vəsaitlərin mənbəyi nədir?
Bu vəsaitlər 1987-2010-cu illər ərzində mənim təsis etdiyim, həmtəsisçisi və ya direktoru olduğum şirkətlərdən qazanılıb. Həmin şirkətlər ölkənin iri vergi ödəyiciləri olub və büdcəyə öz layiqli töhfələrini veriblər. Bu şirkətlərdə ölkənin bütün bölgələrindən minlərlə vətəndaşımız çalışıb, özünün və ailəsinin layiqli həyatını təmin edib. Bu şirkətlər dünyanın ən nüfuzlu şirkətləri ilə əməkdaşlıq edib, Azərbaycanın yeni yaranmaqda olan biznes mühitinə müasir davranış qaydaları və iş üslubu gətirib. Gördüyüm bütün işlərlə və birgə çalışdığım bütün insanlarla həmişə fəxr etmişəm və bu gün də onların hamısını hörmətlə xatırlayıram.
Mən orta maddi səviyyəli müəllimlər ailəsində böyümüşəm, ancaq zəngin olmadığımız üçün heç vaxt heç kimi günahkar hesab etməmişəm. Qarşıma qoyduğum məqsədlərə sadəcə düzlüklə, vicdanla və əzmkarlıqla işləyərək çatmışam. Heç kimdə günah axtarmadan, heç kimi suçlamadan.
Beləliklə, sözügedən vəsaitlər mənim 20 ildən çox müddətdə özəl biznes sahəsində əldə etdiyim şəxsi qazancımdır, mənə və ailəmə məxsusdur. Mənim bu vəsaitləri istənilən ölkədə istənilən biznesə sərmayə olaraq yatırmaq hüququm var.
Orta savadı olan adam üçün burada başa düşülməyəcək bir şey yoxdur. Amma qaragüruh təmsilçiləri bunu anlamadan və ya anlayaraq qəsdən ünvanıma “korrupsioner”, “xalqın pulunu talayan” və s kimi özlərinə yaraşan nalayiq ifadələr işlədiblər. Bütün bunlara həmişə təmkinlə yanaşmışam. Çünki anlayıram ki, adətən, belə adamlar öz uğursuzluqlarının səbəbini özlərində deyil, məhz onlardan daha uğurlu olanlarda görürlər. Ailələri, övladları onlardan vicdanla, namusla pul qazanıb ailəni təmin etməyi gözlədikləri halda onlar öz qabiliyyətsizliklərini bizim kimilərini söyməklə ört-basdır etməyə çalışırlar.
Ünvanıma səslənən əsassız, vicdansız tənqidlərin və təhqirlərin müəlliflərini də yaxşı tanıyıram.
Bunların bir qismi - Əli Kərimli, Qubad İbadoğlu, Cəmil Həsənli, Arif Məmmədov, Bəxtiyar Hacıyev, Tofiq Yaqublu, Aslan İsmayılov, İlqar Məmmədov kimiləri və onların altında sıralanan, ömründə bir kitabı belə oxuyub başa çatdırmamış, amma başlarından böyük siyasi iddiaları olan özündən müştəbeh siyasi şarlatanlardır.
Onlar özlərini “siyasətçi” və ya “bloqer” adlandırsalar da, əslində cəmiyyətdə hər hansı siyasi mənsəbə çatmaq naminə ermənilərlə əl-ələ verib Azərbaycana və onun təmsilçilərinə qarşı beynəlxalq miqyasda qarayaxma kampaniyası aparan milli satqınlardır. Lümpen proletar düşüncəsinə malik olan bu adamlar sadə insanları halal əməklə pul qazanıb zənginləşməyə yox, proletar inqilabı etməyə və 100 il əvvəl olduğu kimi xalqın imkanlı və ziyalı adamlarını öldürüb qarət etməyə çağıranlardır. Onlar anlamırlar ki, bunu bir daha yuxularında da görə bilməyəcəklər.
Digər bir qismi rahat qazanc və ya Avropada sığınacaq və maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün “jurnalist” və ya “siyasi fəal” adları altında müxtəlif beynəlxalq QHT-lərin donuna geyinmiş və onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlərdir. Qənimət Zahid, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Həbib Müntəzir, Sevinc Telmanqızı, Ləman Ələşrəfqızı, Osman Gündüz, Rauf Arifoğlu, Bahəddin Həziyev və sairləri də yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, cəsusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi şərəfsiz vəzifələri öz üzərlərinə götürüblər.Digər bir qismi isə gündəlik həyatda hamımızın tez-tez rastlaşdığımız adi dələduzlardır. Bunlar ölkəmizdə İnformasiya texnologiyalarının geniş yayılması və dövlətin onlara verdiyi sərhədsiz azadlığın bəhrəsindən ilk növbədə öz çirkin məqsədləri üçün yararlanırlar. Hərəsi bir smartfonda sayt idarə edən və ya özünə "Youtube" kanalı açan bu psevdo-jurnalistlər yüksək vəzifəli dövlət məmurları və deputatlarla yanaşı həm də imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir.
Bu siyahıya tüfeyliliklə məşğul olan, cibgirlik, oğurluq, reketçilik, şər-böhtan və s. üstündə həbsdə yatıb-çıxmış Əvəz Zeynallı, Eynulla Fətullayev, Xədicə İsmayıl, Xalid Kazımlı kimi stajlı dələduzlarla yanaşı bu yolda hələ kövrək addımlarını atan və hələ Kürdəxanı “ziyarətinə” gedib çata bilməmiş Zaur Qəriboğlu, Məhəmməd Ərsoy, Elçin Zahiroğlu, Şahin Əhmədov, Elnur Məhərrəmli kimi çoxsaylı nisbətən gənc dələduzlar da daxildir.
Əziz dostlarım və izləyicilərim,
Qazandığım bütün vəsaitlər şəffaf və qanuni yolla əldə edilib, vergiləri ödənilib, şəxsən mənə və ailə üzvlərimə məxsusdur. Buna görə mənim yuxarıda sadaladığım siyasət və məişət dələduzlarına heç bir hesabat vermək məsuliyyətim və fikrim yoxdur. Belə adamların yaydığı qərəzli və saxta xəbərlərə görə narahat olub mənə dəstək mesajları göndərən, telefon açan, narahatlığını bildirən bütün dostlarıma minnətdarlığımı bildirirəm və ən xoş arzularımı çatdırıram”.
Oxşar Xəbərlər
Azərtac Feyziyevi müdafiə edən yazını sildi - Nə baş verir?
Deputatın 27 yaşlı oğlu bu dövlət qurumunun 1,2 milyon manatlıq tenderində qalib oldu
Deputatın oğlu Londonda 5-ci evini aldı
DEPUTAT OĞLU İLƏ MİLYONLUQ MÜQAVİLƏ – Dövlət qurumu Orxan Feyziyevdən anbar icarəyə götürüb
Xəbər lenti
"BakıKart"ın satış qiyməti bahalaşdı
Sabah 35 dərəcə isti olacaq
Tramp İranla danışıqların uzanmasına hazırlaşır
Emindən nostalji paylaşım:
"Bir vaxtlar yay belə idi" - FOTO
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
İşə qəbul qaydalarında mühüm dəyişiklik
İstidə insanı ən çox zəhərləyən qidalar bunlardır
Azərbaycanda bu nazir vəzifələri boşdur —
Siyahi
Leyla Əliyeva Şövkət Ələkbərovanın mahnısını ifa etdi -
Vidio
Xanımı İbrahim Borçalıdan üzr istədi
Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Gəncə-Daşkəsən yolunda ağır qəza -
Fotolar
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Bakının bu ərazilərində işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Bakıda qadın evinin həyətində ölü tapıldı
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
"BakıKart"ın satış qiyməti bahalaşdı
Sabah 35 dərəcə isti olacaq
İstidə insanı ən çox zəhərləyən qidalar bunlardır
Bakının bu ərazilərində işıq olmayacaq
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq