“Prezident Ərdoğan göstəriş verdi, Türkiyənin qapıları üzümüzə açıldı” – AXISXA TÜRKÜ SADRİ AHMED

Ukraynanın Donbass bölgəsində yaşayan Axısxa Türkü Sadri Ahmed, TVNET-in yayımın qatılıb. Sozcu.info “Yeni Şafak”a istinadən xəbər verir ki, Sadri Ahmed Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfəri çərçivəsində Axısxa Türkləri ilə görüşdüyünü xatırladıb.
“Prezidentimiz Axısxa Türklərini qəbul etdi, vəziyyəti izah etdik. Prezidentimiz Türkiyəyə gələndən sonra göstəriş verdi və Axısxa Türklərinin Türkiyəyə gəlməsinə yol açıldı. Vətənimizə dönüş yolu açıldı. Allah Prezidentimizdən razı olsun”, - deyə Ahmed açıqlama verib.
Sozcu.info həmin görüntüləri dəyərli oxucuları ilə paylaşır:






Oxşar Xəbərlər

Xəbər lenti