Ramiz Mehdiyevdən "TV Musavat"a SENSASİON AÇIQLAMA: "Rusiya EA-dan gələn vardı, görüşdüm"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev "TV Müsavat"ın canlı yayınında aparıcı Sevinc Telmanqızının suallarını cavablandırıb.
Sozcu.info  xəbər verir ki, Ramiz Mehdiyev iki gün öncə AMEA-ya getməsi ilə bağlı məlumatı təsdiqləyib və bunun səbəbini açıqlayıb.
Ramiz Mehdiyev "TV Musavat"a bildirib ki, AMEA-ya rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlayıblar. Həmin layihə ilə bağlı fəaliyyəti dəqiqləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi AMEA-ya gəlib və tərəflər arasında görüş keçirib. 
Aparıcının "Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?" sualına isə Ramiz Mehdiyev belə cavab verib:
"Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm".
Ramiz Mehdiyev sonda AMEA-nın yeni prezidenti Arif Həşimovun fəaliyyətini yüksək qiymətləndirib.


Oxşar Xəbərlər

Xəbər lenti