Əhəd Abıyev Pərvin Abıyevaya ev almasından DANIŞDI

Bəzi xəbər saytlarında Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevlə aktrisa Pərvin Abıyevanın yaxın münasibətdə olduğu barədə material dərc edilib. “Əhəd Abıyevlə Pərvin Abıyevanı hansı tellər bağlayır?” başlıqlı yazıda Əhəd Abıyevin Pərvin Abıyevaya 3 otaqlı ev alması da qeyd edilib.
Məsələ ilə bağlı Sozcu.info-ya açıqlamasında Əhəd Abıyev bildirib ki, yazılanların hamısı şər və böhtandır:
“Mən həyatda Pərvin Abıyevanı heç vaxt görməmişəm, onunla heç bir əlaqəm olmayıb. Sadəcə soyad uyğunluğumuz var. Onunla heç bir tanışlığımız, qohumluğumuz da yoxdur. Bu, yalan,
şər və böhtandır, qərəzli şayiədir. Əgər üzr istəyib, təkzib verilməzsə, bu yazını yazanı da təzə media qanunları ilə məhkəməyə verəcəm”,-deyə Əhəd Abıyev bildirib.
Musavat.com


Oxşar Xəbərlər

Xəbər lenti