Boğazına bıçıq dirənən jurnalistin işi NƏ YERDƏDİR? - “Baş Polis İdarəsinə çağırıb dedilər ki...”

Bildiyiniz kimi, bir neçə həftə öncə Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib.

Hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb. Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb. Daha sonra hadisə ilə bağlı istintaq işi başladılıb.

Sozcu.info  xəbər verir ki, cebhe.info-ya açıqlamasında jurnalist istintaqın hələ də davam etdiyini bildirib:

"Cinayəti törədən şəxs və ya şəxslər tapılmayıb. Bir neçə gün öncə məni Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişdilər. Orada bu hadisə barədə görülən işlər haqqında mənə məlumat verildi. Bildirildi ki, ortada konkret nəticə yoxdur, təqsirkar tapılmayıb, amma buna baxmayaraq xeyli işlər görülüb. Ən müxtəlif vasitələrdən istifadə edilir ki, cinayətkar tapılsın. Hazırda bütün iqtiqamətlərdə əməliyyat istintaq motivləri davam etdirilir".

O, özünün son durumu barədə də danışıb: "Əvvəlki ilə müqayisədə xeyli yaxşılaşmışam. Amma hələ də evdən tək çıxmıram. Hadisədən sonrakı günlərdə mənə elə gəlirdi ki, kimsə arxadan gəlir. 1 ay boyunca psixoloqdan psixoloji dəstək aldım və bu, mənə xeyli kömək etdi".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}