8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və RİHBA-nın şöbə müdirləri Vətən müharibəsinin qazisi, 2-ci qrup əlil, Əmircan qəsəbə sakini Hüseynov Ülvi Məsum oğlunu ziyarət etmiş, onun qayğı və problemləri ilə yaxından maraqlanmışlar.
Sozcu.info xəbər verir ki, RİH başçısı Ülvi Hüseynovun qaldırdığı məsələlərin həllinə dair aidiyyəti qurumlarla birgə tədbirlər görmüş, eləcə də müvafiq tapşırıqlar vermişdir.
RİH başçısı bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün dövlət qurumları qarşısında Şəhid ailələrinin və qazilərimizin problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Şanlı Qələbənin qazanılmasında öz sağlamlıqlarını itirən qazilərimizin müalicəsi, cəmiyyətə inteqrasiyası, lazımi tələbatlarının ödənilməsi bütün qurumların əsas vəzifələrindən biridir. Hər zaman dövlət başçımız cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzində olan Şəhid ailələrimizə və qazilərimizə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən lazimi diqqət və qayğı göstərilir.
Sozcu.info