Suraxanıda Şəhid Röyal Balaşzadə dəfn olundu -Fotolar

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun nəşi yaşadığı Zığ qəsəbəsi, Dədə Qorqud adlandırılan yaşayış sahəsinə gətirilərək ailə üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirilmiş, sonra qəsəbə Şəhidlər Xiyabanında dövlət himnimizin sədaları altında dəfn olunmuşdur.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Milli Məclisin deputatları Etibar Əliyevin, Musa Qasımlının, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidovun, rayon Prokuroru Rəşid Mahmudovun, rayon Polis İdarəsinin rəisi Süleyman Neymətovun, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədovun, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramovun, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən mərasimdə Şəhidin əziz xatirəsi ehtiramla yad edilmişdir.
Dəfn olunduqdan sonra Azərbaycanın müqəddəs üçrəngli bayrağı şəhidin qardaşlarına təqdim edilib.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

Şəhidlərimizin qanı yerdə qalmadı!

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}