İran mediasından növbəti təxribat: Biləsuvar-Naxçıvan yolu İran tərəfindən kəsilə bilər


İran mediası, "Biləsuvar-Naxçıvan yolu İran tərəfindən kəsilə bilər" başlıqlı təxribat xarakterli yazı paylaşıb. Belə ki, İranın xüsusi xidmət orqanlarına bağlı və daim qatı-anti Azərbaycan təbliğatı aparan “Bultan News” saytı Azərbaycanı təhqiramiz şəkildə “Bakı Respublikası” adlandıraraq yazır:
“Tehranın “Bakı Respublikası”ndan Naxçıvana yeganə nəqliyyat dəhlizi olan Biləsuvardan Naxçıvana gedən kommunikasiya yolunu bağlamaq qərarı ilə bağlı bəzi xəbərlər yayılıb.
Bu yolun müəyyən problemləri var və indiki şəraitdə ondan istifadə etmək mümkün deyil.
Digər tərəfdən, “Əliyev mafiyası” Türkiyə ilə əlbir olaraq talışların yaşadığı cənub bölgələrində hərbi təlimə başlayıb ki, bu da etnik məsələləri baxımdan İrana açıq-aşkar mesaj sayılır.
Biləsuvar rayonu da talış zonasıdır və İran sərhədi yaxınlığında NATO qüvvələrinin olması səbəbindən Naxçıvana gedən yolun təhlükəsizliyi risk altındadır”.

P.S. Görünür, içini didişdirən çaxnaşmalardan diqqəti yayındrmağın əsas yolunu məhz Azərbaycana qarşı çeşidli təxribatlarda görən molla rejimi nəfəs almaq üçün indi də ölkəmiz daxilində bir-birinə sarılmış xalqların arasında nifaq toxumu səpmək iddiasına düşüb. Amma molla rejimi unutmamalıdır ki, son çırpıntılarını yaşayır. Necə deyərlər, zalımın sonu yaxınlaşdıqca zülmü artır.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}