Ermənistanın “soyuq savaşı” və “etnik separatizm” taktikası

Ermənistanın “soyuq savaşı” və “etnik separatizm” taktikası

 



İrəvandakı mövcud rejimlər fərqli ampulada dəyişsə də, Cənubi Qafqaz və özəlliklə də Azərbaycana qarşı siyasətində irəli sürdüyü ekspansionist hədəfləri dəyişməz olaraq qalmaqda davam edir. Qondarma "Böyük Ermənistan” xəyalı adı altında xəstələnmiş erməni cəmiyyəti Gürcüstan ərazisində "Erməni Cevaxk Respublikası”, Azərbaycan torpaqları sayəsində "Artsax Respublikası”, Türkiyənin Kars, Ağrı, İqdır, Ərzurum, Muş, Ərdəhan, Van, Artvin, Bitlis və Həkkariyə kimi uzanan bölgələrini bir araya gətirən "Qərbi Ermənistan”, Güney Azərbaycanın Culfa, Mərənd, Urmu, Sayınqala, Sulduz, Xoy, Soyuqbulaq, Tikantəpə, Dol, Nazlı, Bəykişli, Qarabağ, Dəşt, Rövzə, Üşnü, Sumay, Tərkəvər, Barandüz və Bərdəsur mahallarını uzlaşdıran "Cənubi Ermənistan” adlı və heç məntiqə sığmayan iddialarından əl çəkmək fikrində deyillər. Dünyada toplam 10 milyona yaxın əhalisi olan ermənilər yüzillərdir Hindistan, Ərəb yarımadası, Yaxın Şərq, son 200 ildə isə, Rusiya, Fransa, ABŞ, hətta Cənubi Amerikada məskunlaşaraq fərqli mentalitetlərə məxsus olmaqla yanaşı, "vahid erməni” siyasi, mədəni, etnokulturoloji sistemindən çox-çox uzaqdırlar. Amma bununla yanaşı, istər Ermənistanda, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən erməni dini cəmiyyətləri və siyasi-ictimai qurumları daim xəstəliyin virusunu daşımaqdadırlar. Ona görə də erməni xalqı icmalar şəklində hansı ölkədə yaşayırlarsa, orada digər xalqlarla problemli münasibətləri olur.

Azərbaycana qarşı saplanmış xəyanət taktikası

Müasir dünyada texniki, ictimai, sosial elmi, mədəni inkişaf təbii olaraq qlobal xarakter daşımaqdadır. Ancaq, özlərini dünya oliqarxiyasının sahibi hesab edən bir ovuc çevrə və mərkəzlər XIX və XX əsrlərin əvvəllərində baş verən "dünyanın siyasi, iqtisadi və etnik mənzərəsi”nin bölüşdürülməsi ideyasını XXI əsrdə yenidən düzənləmək iddialarını irəli sürməyə çalışırlar. Ona görə də Yaxın Şərq, Qafqaz, Balkan, Şərqi Avropa və digər coğrafi məkanlarda iri miqyaslı etnik, dini, təriqət və digər münaqişələrə yol açıblar. Bu yöndə baş verən, dəhşətsaçan faciələrə yol açan böhranların və problemlərin yarası daha da dərinləşibdir. Bu gün Cənubi Qafqazda Ermənistan-Gürcüstan, Ermənistan – Azərbaycan, Ermənistan-Türkiyə, Ermənistan-Ukrayna münasibətləridə problemlərə tək səbəb olan İrəvandır. Ermənilər bu ağır yükü Qara Dəniz Hövzəsinə qədər daşımaq üçün daha da həyasızlaşıblar. Bölgə xalqlarını üz-üzə qoymaq üçün dəridən-qabıqdan çıxırlar. Gürcü-abxaz, gürcü-osetin, gürcü-çeçen, gürcü-minqrel, gürcü-didoy, gürcü-avar problemlərinin yaranmasında ermənilərin nə qədər suçlu olduqlarını Tiflisdə dərin yara kimi qiymətləndirirlər. Ermənistan bu problemləri Azərbaycan Respublikasına transfer etmək üçün bir sıra məkrli planlar həyata keçirir. Azərbaycan dövləti dəfələrlə beynəlxalq səviyyədə multikulturalizm və dinlərarası dialoq adlı tədbirlər həyata keçirməklə ölkəmizin strateji hədəflərini ortaya qoymuşdur. Dünyanın siyasi, sosial və etnoloji düzəninin reallıqlarını araşdıran nüfuzlu elm xadimləri Azərbaycanda dinlərarası və xalqlararası multikultural münasibətlərin necə inkişaf etdiyinə yüksək səviyyədə qiymət veriblər. Halbuki, bütün bunlar Ermənistanda çoxdan dəfn olunub. İrəvan Dövlət Universiteti, Ermənistan Elmlər Akademiyası və digər elmi mərkəzləri gecə-gündüz Azərbaycan Respublikasına qarşı hansı hədyanları sərgiləmək üçün fəaliyyət göstərirlər. Beləliklə "soyuq savaş” və "etnik separatizm” hədəflərini dövlət siyasətinin prioritetinə çeviriblər.

İrəvandakı "talışşünaslıq” konfranslarının hədəfləri


Ermənistan Azərbaycan Respublikasına qarşı etnik separatizm siyasətinin gücləndirmək üçün 2005-ci ildən rəsmi şəkildə üç dəfə "Beynəlxalq Talışşünaslıq Konfransı”nı keçirib.
Bu təşəbbüs İrəvan Dövlət Universitetinin "iranşünaslıq kafedrası” tərəfindən irəli sürülüb. Həmin universitet hüquqi baxımdan dövlətin təhsil nazirliyinə tabedir. Maliyyə dəstəyi "K.M.S. Qurgen Məlikyan adına Humanitar Fondu” tərəfindən həyata keçirilib.
21-23 may 2005-ci il tarixdə ilk dəfə bu adla keçirilən konfransa Ermənistan, Gürcüstan, Azərbaycan Respublikası və İran İslam Respublikasından nümayəndələr qatılmışdılar. Bu konfransda Qarnik Asatryan (iranşünaslıq kafedrasının müdiri), Fəxrəddin Əboszadə (ov), H. Ter-Abramyan, S. Markaryan, A. Kirakosyan, X. Sadegeniya (Gürcüstan), İ. Naçkebiya, R. Amirbektan, V. Arakelova, Cəmşid Giunaşvili (Gürcüstanın İrandakı keçmiş səfiri və Tiflis Dövlət Universitetinin professoru) "talışların identik şəkildə milli formalaşma sistemi”, "Talış xanlığının tarixi oçerkləri”, "Azərbaycanın ən qədim dili azəri və talış dilidir”, "talış ədəbi dilinin inkişafı və bu dilin qorunması imkanları”, "Səfəvilər dövlətinin tarixində talışların rolu”, "Kamilə Terezelin talışlar haqqında ekspedisiyaları”, "talışların qədim inancları” və sair mövzularda məruzələr olunmuşdu. Həmin konfransın materialları İrəvan Dövlət Universiteti tərəfindən kitab şəklində çap edildi. Ermənistan tərəfi etnik separatizmə açıq şəkildə yol açan bu konfransın ardından belə bir bəyanat da yaydı: ”Konfransın siyasi baxımdan hansısa rəngdə təqdim olunması doğru addım deyil”. Halbuki, Fəxrəddin Əboszadə (ov) konfransda Azərbaycan dövlətinə qarşı ən sərt şəkildə çıxışı ilə ermənilər tərəfindən dəfələrlə alqışlanmışdı. Konfransın ardından İrəvandakı nəşriyyatlar bir-birinin ardınca "Talış xalq inancları və hekayələri”, "Kadusilər indiki talışların qədiom əcdadlarıdırlar” və sair kitablar dövlət büdcəsi hesabına dərc edildi (mənbə: Сборник материалов первой конференции Талышоведения, Ер.-2006, АЦ «Митк», центр Иранистики, Яна Амелина.
Ставка на талышей. Росбалт 03/08/2005. Сборник материалов первой конференции Талышоведения, Ер.-2006, АЦ «Митк», центр Иранистики, "Политика государства должна строиться на основе научных знаний Архивная копия от 5 июня 2008 на Wayback Machine. Гаянэ Сармакешян, Зара Геворкян, Тигран Мирзоян. "Голос Армении. 21 декабря 2006 года. Vladimir Socor. «Talysh issue, dormant in Azerbaijan, reopened in Armenia», The Jamestown Foundation, May 27, 2005 Архивировано 30 сентября 2007 года).

Ermənistanın “soyuq savaşı” və “etnik separatizm” taktikası

 


İkinci konfrans və strateji hədəflərə doğru

Ermənistan Dövlət Universitetinin "iranşünaslıq kafedrası”nın təşəbbüsü ilə İrəvanda 2011-ci il 13-14 noyabr tarixlərində "II Beynəlxalq Talışşünaslıq Konfransı” keçirildi.
Yenə də təşkilatçı həmin kafedra və Qarnik Asatryan idi. Konfransın açılış mərasimində 10 fəsildən ibarət "Talış xalqının tarixi və mədəniyətinə giriş” kitabının təqdimatı oldu. Bu dəfə konfransın sponsor dəyişmişdi. "Daşnaksütyun Partiyası”na yaxınlığı ilə seçilən və "Modus Vivendi Mərkəzi” və sədri Ara Papayan çıxış edərək belə bir addımı atdığından qürur duyduğunu bildirdi. Konfransda Fəxrəddin Əboszadə (ov) yenə də gurultulu çıxışı ilə ermənilər tərəfindən alqışlandı. Bu dəfə o, özünü "Talış Xalq Hərəkatı”nın lideri kimi təqdim etmişdi. Konfransda ötən dəfəkindən daha çox ölkələrdən nümayəndələr dəvət edilmişdi. Rusiya, İngiltərə, Gürcüstan, İran, ABŞ, kanada və digər ölkələri təmsil edən "iranşünaslar” üstünlük təşkil edirdilər. "Modus Vivendi” (İrəvan), "Qafqaz İranşünaslıq Mərkəzi” (İrəvan), "Nyksos Fondu”nun dəstəyi ilə fəaliyyət göstərən "Türkiyə, İran və Qafqazı Öyrənmə Mərkəzi”, "Erməni Akademik Əməkdaşlıq Assosiasisyası” və digər təşkilatlar da bu konfransın keçirilməsinə maliyyə dəstəyi vermişdilər (mənbə:
http://yerkramas.org/ru/article/23549/v-erevane-startovala-vtoraya-mezhdunarodnaya-konferenciya-po-talyshevedeniyu). Bu dəfə konfransda Azərbaycan Respublikasına qarşı daha radikal xarakterli çıxışlar edildi. Hətta bu məqsədlə bəyanat da qəbul edildi. Bildirilirdi ki "Azərbaycan Respublilkasında yaşayan millio azlıqlar və xüsusilə də talışlar dövlət siyasətinin tərkib hissəsi olaraq zorakı metodlarla assimliasiyaya məruz qalırlar”.
Tədbir zamanı, Azərbaycan Respublikasına qarşı daim etnik separatizm ideyalarını körükləyən və Tehranda nəşr edilən "Iran and Caucasus” beynəlxalq jurnalının 15 illiyi münasibətilə ayrıca mərasim keçirildi. Konfransda müxtəlif ölkələri təmsil edən 45 alim çıxış etdi. Hətta konfrans zamanı "Cənubi” və "Şimali” "Talışstan” ideyaları çılpaqlığı ilə səsləndirildi. İranda fəaliyyət göstərən "Talışşünaslıq mərkəzi”nin sədri Yase Karanzadə cuşa gələrək: "İranın tərkibində vahid Talışstanın mövcud ola biləcəyi” ideyası ermənilər tərəfindən dəfələrlə sürəkli və gurultulu alqışlarla qarşılandı. Konfransda maraq doğuran amillərdən biri də İlham Şabanov (Rusiya Talış Milli Mədəni Muxtariyyatı Mərkəzinin sədri) və Hilal Məmmədov (Talış Mədəniyyət Mərkəzinin sədri), Səbarz Hüseynzadənin (Talış xalqının hüquqlarını müdafiə proyektinin sədri) etirazları idi. Onlar nə üçün bu "hörmətli” konfransa dəvət almadıqlarından şikayət etmişdilər.

III İrəvan Konfransının yeni hədəfləri

26-27 may 2019-cu il tarixdə İrəvan Dövlət Universitetinin təşəbbüsü ilə "III Beynəlxalq Talışşünaslıq Konfransı” keçirilibdir. İran, Fransa, Rusiya, ABŞ, Azərbaycan, Almaniya, İsveç və Ermənistanı təmsil edən iranşünaslar, eləcə də Azərbaycan Respublikasına qarşı qondarma "talış etnik separatizmi” ideyalarını təbliğ edənlər fəxri kürsülərdə yer almışdılar. Konfransın açlışı Hollandiyada elan edilən və Azərbaycan Respublikasının ərazi bütövlüyünə sui-qəsd xarakteri daşıyan qondarma "TMMH”nin (Talış-Muğan Mühacir Hökuməti) "prezidenti” Əlikram Hümbətov və İsmayıl Şabanovun (Rusiya Talış Milli-Mədəni Muxtariyyatının sədri) təbrik məktubları oxundu. Konfransda iştirak edənlər bu məktublar oxunduqdan sonra, hər iki separatçını alqışlarla qarşıladılar. İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan çıxışında bildirdi ki: "Bu gün beynəlxalq səviyyədə talışşünaslıq ideyasının avanqardı məhz Ermənistandır”.

Ermənistanın “soyuq savaşı” və “etnik separatizm” taktikası

 

Azərbaycan Respublikasının vaxtilə vətəndaşı olmuş Zahirəddin İbrahimi (Talış xalqının hüquqlarını müdafiə mərkəzinin sədri və işğal altında olan Şuşada Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunan "Azad Talışstan” radiosunun nəzdindəki analitik mərkəzinin rəhbəridir) və Zabil Məjo (Məhərrəmov, Azərbaycan Respublikasına qarşı Moskvada fəaliyyət göstərən və etnik separatizm təbliğatlarını aparan "OTV” kanalının rəhbəri) bu konfransın fəxri qonaqları siyahısında ilk sırada yüer alırdılar. Konfransda "Cənubi” və "Şimali” "Talışstan ideyası ətrafında ətraflı məruzələr oxundu. Konfransda ilk dəfə olaraq İranın İrəvandakı səfirliyinin mədəniyyət üzrə müşaviri də rəsmi statusla iştirak etdi (mənbə: https://nashaarmenia.info/2019/05/26/в-ереване-закончилась-3-я-международна/).
P.S. Azərbaycanın ən qədim çağlarından indiyə kimi xalqlararası etnik zəmində hər hansı bir qarşıdurmalar olmayıb. Bunu tarixi qaynaqlar da isbat edir. Etnik qarşıdurma kimi qələmə verilən hadisələr isə, ölkəmizdə xarici siyasətin sayəsində bəzən təzahür edibdir. Bunu son illərdə Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı tətbiq etmək istədiyi "soyuq savaş” və "etnik separatizm” strategiyasından aydın şəkildə görmək mümkündür.

Ənvər Yusifoğlu,
"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti