Vətən müharibəsinin 6 iştirakçısı prokurorluğa işə qəbul olunub


Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan edilmiş müsabiqəyə yekun vurulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 86 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək üçün koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə 2022-ci il dekabrın 5-dən 13-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarına əsasən artırılaraq 57 ştat vahidi müəyyən edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun "İşin Təşkili Qaydaları"na əsasən, müsabiqə üzrə müvəffəqiyyət qazanmış 57 namizəd 15 dekabr 2022-ci il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.

Müvəffəqiyyət əldə etmiş namizədlərdən 6 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılmış Vətən Müharibəsinin iştirakçısı olmaqla müxtəlif medallarla təltif edilib.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və "Qəbul otağı"nda yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin siyahısını təqdim edirik:

1. Abbaslı Elman Semur oğlu
2. Adgözəlzadə Aytac İlqar qızı
3. Axundov Tamerlan Natiq oğlu
4. Babayev Əliəkbər Rəfail oğlu
5. Babayev Orxan Ülfan oğlu
6. Bayramov Murad Nazim oğlu
7. Bədəlov Murad İntiqam oğlu
8. Cəlallı Əli Babək oğlu
9. Dadaşov Kənan İlqar oğlu
10. Dadaşzadə Ləman Gəncalı qızı
11. Eyvazov Pünhan İkram oğlu
12. Eyyubzadə Eldəniz Saleh oğlu
13. Əhmədov Ayxan Maksim oğlu
14. Əhmədov Mir-Abbas Əhməd oğlu
15. Ələkbərova Leyla Yaqub qızı
16. Əlişzadə Kənan Şəmşir oğlu
17. Əliyev Cavid Kamal oğlu
18. Əliyev Şakir Firudin oğlu
19. Əliyeva Şəfiqə Nadir qızı
20. Əlizadə Leyla Taleh qızı
21. Əşrəfova Xanım Faiq qızı
22. Fətaliyev Nüsrət Ədalət oğlu
23. Hacıyev Əli Nazim oğlu
24. Hacıyeva Aytən Rafiq qızı
25. Heydərov Vüqar Roman oğlu
26. Həsənli Tural Vasif oğlu
27. Həsənov Rəvan Vasif oğlu
28. Həsənov Toğrul Həbib oğlu
29. Həsənov Vüsal Əhməd oğlu
30. Həşimov Şahmar Etibar oğlu
31. Hüseynli Məhəmmədəli Sahib oğlu
32. Hüseynli Nərgiz Mövsüm qızı
33. Hüseynov Tabir İlham oğlu
34. Hüseynova Ceyran Musa qızı
35. Xəlilli Tural Vasif oğlu
36. Kərimli Nərmin Vəli qızı
37. Məhərrəmzadə Murad Elçin oğlu
38. Məmmədov Əli Fərhad oğlu
39. Məsimov Elşən Kazım oğlu
40. Muxtarov Dəyanət Feruz oğlu
41. Musazadə Əsab Nizami oğlu
42. Rizvanov Ərziman Mahir oğlu
43. Rzayev Nazim Habil oğlu
44. Seyidov Xəlil Əziz oğlu
45. Səmədli Gülüş Zaur qızı
46. Soltanov Hikmət Nazim oğlu
47. Süleymanlı Xaqani Aydın oğlu
48. Şıxəliyev Rafiq Maqsud oğlu
49. Şükürov Fəqan Nofəl oğlu
50. Tağıyev Rəfael Əli oğlu
51. Tapdıqlı Nərmin Vasif qızı
52. Tarverdiyev Tural Mehti oğlu
53. Vəliyev Nurlan Nəsib oğlu
54. Vəlizadə Emil Sabir oğlu
55. Yunusov Kamran Eldar oğlu
56. Yusifli Murad Abdulla oğlu
57. Yusifli Səməd Elxan oğlu



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}