Bakıda sürücüyə qarşı soyğunçuluq edən şəxs TUTULDU


Bakıda sürücüyə qarşı soyğunçuluq edən şəxs ələ keçib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə oktyabrın 2-də saat 5 radələrində Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişinin ona zor tətbiq edərək içərisində 50 manat, 100 rubl və sənədləri olan pulqabını talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elgün Balakişiyev müəyyən olunaraq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}