“Vicdan azadlığı və media” mövzusunda konfrans keçirilir - FOTOLAR


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə dekabr ayının 15-də "Vicdan azadlığı və media" mövzusunda konfrans keçirilib.

Sozcu.info xəbər verir ki, konfransda Dövlət Komitəsinin, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, media təmsilçiləri, eləcə də dini konfessiya və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açaraq konfransın mövzusunun aktuallığına toxunub. Radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural va tolerant ənənələrin qorunması və təbliği istiqamətində mətbuatın üzərinə düşən vəzifələr barədə danışıb:"Bəzən Azərbaycanı hansısa məzhəbə bağlamaq istəyirlər. Bu kökündən yanlışdır. Azərbaycan heç bir məzhəbə aid ölkə deyil. Azərbaycan dünyəvi, ölkədir, İslam həmrəyliyi, vəhdəti burada hökm sürür.  Azərbaycanda məzhəblər arası qarşıdurma da yoxdur, hazırda sabit vəziyyət mövcuddur".

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə toxunub. Ölkədə ictimai-siyasi sabitliyin qorunmasında kütləvi informasiya vasitələrinin roluna diqqət çəkib.
Konfrans işini müzakirələrlə davam etdirib.

Qeyd edək ki, medianın vicdan azadlığı kontekstində fəaliyyətinin dini icmalarla əlaqələndirilməsi və vicdan azadlığının təmin olunmasında kütləvi informasiya vasitələrinin üzərinə düşən vəzifələrin müzakirə edilməsidir.
Konfransda  müzakirələr davam etdirilir.
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}