Bu nazir müavinləri də işdən çıxarılıb? - Mehdiyevin oğlu da var


16 dekabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.

Sozcu.info xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və FHN kollektivi iştirake edib.

Tədbirdə nazir müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, nazir müavini Orucəli Hacıyev və nazir müavini, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyev iştirak etməyib.

Ehtimal edilir ki, 71 yaşlı Faiq Tağı-zadə və 63 yaşlı Orucəli Hacıyev təqaüdə göndərilib. Teymur Mehdiyev isə məlum hadisələrdən sonra işə çıxmır. 

Məsələ ilə bağlı FHN Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}