"SOS" MMC şirkəti Şəhidlər Xiyabanını ziyarət edib -Fotolar


“Security Operation Services” (SOS) MMC şirkəti müqavilə əsasında sifarişçilərə mühafizə xidməti göstərir. Mühafizə işinin təşkili xidmətində ölkədə uğurlu şirkətlərdən biridir.

“SOS” MMC Ali Baş Komandanın ətrafında sıx birləşən və digər sosial layihələrdə fəal iştirak edən mühafizə şirkətidir. Şirkət dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin siyasətinə davamlı olaraq dəstək verir. Həmçinin “SOS” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin“Qəhrəmanlarımıza dəstək olaq” layihəsinə qoşularaq işə qəbul aksiyasına dəstək verib.

Məsələn, başlanğıc olaraq, 53 nəfər işlə təmin edilib, daha sonra bu rəqəm sonrakı zamanlarda artırılaraq 217 nəfərə yüksəldilib: İşlə təmin edilənlərin 17-si şəhid ailəsi, 200-ü İkinci Qarabağ Müharibəsi iştirakçısı, 83 nəfəri isə I Qarabağ Müharibəsi iştirakçılarıdır.







Sosial layihələrin və dövlət əhəmiyyətli tədbirlərin hər biri SOS MMC tərəfindən yüksək səviyyədə qeyd olunur. Onlardan biri də, 20 yanvar şəhidlərinin Anım Günündə iştirak edərək şəhid ailələrinə baş çəkmək oldu.



2023-ci ilin yanvarın 19-da “Security Operation Services” (SOS) MMC şəhid ailələrinə sovqat paylayaraq, onların bəzilərinə maddi dəstək verib.

SOS-un Bakıdakı İdarə və Şəxsi Heyəti, rayonlar üzrə komandaları Şəhidlər Xiyabanlarını ziyarət ediblər. Eləcə də “Security Operation Services” (SOS) MMC-nin əməkdaşları Şəhidlər Xiyabanına yürüş ediblər.

İdarə Heyətinin tərkibində “SOS” MMC-nin direktoru Anar Məmmədov, direktorun müşaviri Almaz Əhmədova, direktor müavinləri Rasim Hüseynov, Eltun Məmmədov və Ramiz Ağamalıyev şəxsi heyətlə birlikdə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edərək müqəddəs şəhidlərimizin məzarları önünə əklil və gül dəstələri qoyublar.









Ziyarət zamanı Bakıda şəhid Allahverdiyev Ruslan Kamal oğlu, Axundov Qadir Mahmud oğlu və Hüseynov Rahib Məmməd oğlunun məzarları ziyarət edilib. Onların ailələrinə baş çəkilib. Sovqatlar paylanıb. Şəhidlərimizin həyat yolu və həlak olma anlarının hekayəsi öyrənilib.











Daha sonra İdarə Heyəti  Security Operation Services” (SOS) MMC-nin 14 və 19 saylı komandalarının şəxsi heyəti ilə birgə Sumqayıt şəhərində şəhid məzarları önünə əklil qoyublar.

Sumqayıtda olarkən şəhid Hüseynov Rahib Məmməd oğlunun evinə baş çəkilib. Şəhidin həyat yolu haqqında məlumat alınıb. Ailələrinə başsağlığı verilib.



Security Operation Services” (SOS) MMC-nin fəaliyyəti haqqında danışan Almaz Əhmədova Gununsesi.info-ya bunları söyləyib:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun möhtəşəm zəfər əldə etdiyi vətən müharibəsi şəhidlərinin və ailə üzvlərinin, bu müharibədə yaralanmış qəhrəmanların bütün sahələrdə dəstəklə təmin edilməsi üçün geniş işlər aparılır. Onlardan biri də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq marafonuna start verilməsi idi. Bu marafon çərçivəsində qəhrəmanlarımızın təminatının yaxşlaşdırılması üçün bir sıra addımlar atıldı və işlə təmin olundular”.

“SOS” MMC-nin xidməti əməkdaşları eyni zamanda ölkənin digər şəhər və rayonlarında da rəhbər heyət və əməkdaşlar həmin rayonlar üzrə Şəhidlər Xiyabanını ziyarət ediblər.









Siyəzən rayonunda 13 saylı komanda, Şirvan və Hacıqabulda 8 və 9 saylı komandaların şəxsi heyəti, eləcə də şirkətin Astara qrupunun əməkdaşları şəhid məzarlarını ziyarət



Oxşar Xəbərlər

Xəbər lenti