Ordumuzun hərbçisi qar uçqununa düşərək öldü


Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq vəfat edib.

Hurriyyet.az xəbər verir ki, onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib. S.Hüseynov bu gün dəfn ediləcək.

S.Hüseynovun 3 azyaşlı övladı qalıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən qafqazinfo-nun sorğusuna cavab olaraq məlumatı təsdiq ediblər. Bildirilib ki, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib: “Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.




Oxşar Xəbərlər

Xəbər lenti