Etimadı doğrultmayan daha bir nazir yola salınır


Əvvəlki illərdən fərqli olaraq, hakim komandaya yeni qatılan kadrların fəaliyyətindəki yarıtmazlıq üzə çıxan kimi ölkə başçısı onu dərhal kənarlaşdırır. Son 2-3 ildə bununla bağlı presedentlərin olması da bunu təsdiq edir.

Sozcu.info xəbər verir ki, Gununsesi.info yaxın günlərdə daha bir nazirin vəzifədən azad ediləcəyini yazıb. Sayt bildirir ki, hökumətdəki mənbə Azərbaycanın Gənclər və idman naziri Fərid Qayıbovun da öz postu ilə vidalaşacağını deyib. 

Bu barədə danışan mənbə iddia edib ki, ötən dövr ərzində gənc nazirin qarşısına qoyulan vəzifələrə nail olunmayıb.

Məlumatda o da qeyd olunur ki, Fərid Qayıbovu bu postunda Milli Məclisin deputatlarından biri əvəz edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti