Nazir tədrisin sentyabrın 1-dən başlamasını təklif edib? - Video


Ötən gün elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirib.
Sozcu.info 
xəbər verir ki, nazirin brifinqdə işlətdiyi ifadə KİV və cəmiyyətdə müzakirələrə səbəb olub.

Belə ki, nazir çıxış zamanı öz fikirlərini bölüşərək, tədrisin sentyabrın 1-dən başlamasının daha uyğun olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, bu söhbət təklif və ya planlaşdırılmış bir addım kimi qəbul olunmasın.

Lakin bir çox KİV-də bu xəbər təklif kimi dərc edilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz sosial şəbəkə hesabında həmin çıxışın videosunu "Elm və təhsil naziri Emin Əmrullayev 1 sentyabrı təklif edib?" başlığı ilə paylaşıb.

Həmin videonu təqdim edirik:



Oxşar Xəbərlər

Xəbər lenti