Binəqədidə kafedə yanğın olub – Video


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 160 m² olan kafedə baş verdiyi, genişlənərək bitişik obyektlərə keçmək riskinin yüksək olduğu müəyyən edilib.
Sozcu.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kafenin mətbəxində 5 m² sahədə əşyalar, 10 m² sahədə tavan və 80 m² sahədə dam örtüyü yanıb. Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}