Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Türkiyədə zəlzələ üzrə mütəxəssis professor Şükrü Ersoy "Sabah" qəzetinə açıqlamasında İstanbulda ehtimal olunan zəlzələnin demək olar ki, bütün bölgəyə təsir edəcəyini bildirib.
Sfera.az xəbər ki, məlumata görə, 7,5 bal gücündə zəlzələ zamanı ən azı 90 min bina dağılacaq, 4,5 milyona yaxın vətəndaşın müvəqqəti mənzilə ehtiyacı olacaq.
Şükrü Ersoyun sözlərinə əsasən, ola biləcək güclü zəlzələdən xüsusilə Adalar, Avcılar, Baxçelievler, Bakırköy, Beylikdüzü, Büyükçekmece, Küçükçəkməcə, Maltəpə, Tuzla, Üsküdar, Zeytinburnu, Sultanbəyli və ətraf məhəllələr daha çox zərər çəkəcək.
İstanbul sakinlərinin hara köçməli olduğu sualını cavablandıran Ersoy “Heç yerə köçməyə ehtiyac yoxdur” cavabını verib. "Biz heç yerə köçməyəcəyik. Olduğumuz yerdə təhlükəsiz yerlər yaradacağıq", - professor deyib.
Xatırladaq ki, bundan əvvəl İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu şəhər rəhbərliyinin zəlzələyə hazırlıq planlarını təqdim edərək bunun qaçılmaz olduğunu, lakin təbiət hadisəsinin nə vaxt olacağını dəqiq proqnozlaşdırmağın mümkün olmadığını bildirib.