26-09-2023, 21:32
22-09-2023, 11:36
22-09-2023, 11:19
20-09-2023, 20:33
19-09-2023, 17:35
Əfqanıstana nəzarət edən Taliban hərəkatı Azərbaycanın Kabildəki səfirliyinin işini təmin etməyə hazır olduğunu bəyan edib.
Bu barədə "CBC-Azerbaijan” telekanalına müsahibəsində hərəkatın mətbuat katibi Zəbihullah Mücahid bildirib.
Onun sözlərinə görə, "Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın Əfqanıstanda səfirliyinin açılmasına yüz faiz hazırdır: "Biz bununla bağlı zəmin yaratmağa və lazımi işləri görməyə hazırıq. Biz də istərdik ki, Azərbaycanda bizim nümayəndələrimiz olsun”.
Z.Mücahid vurğulayıb ki, "Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Məlum olduğu kimi, ərazi bütövlüyü məsələsi Əfqanıstan üçün son dərəcə vacibdir. Hesab edirəm ki, bu, Azərbaycan üçün də eyni dərəcədə mühüm əhəmiyyət kəsb edir”./Qaynarinfo