İranda Ali dini liderin varisi: Gizli komissiya yaradılıb


İranda Ayətullah Xamnəinin gələcək varisinin gizli seçimi gedir.

Sozcu.info xəbər verir ki, bu barədə ölkənin Ali dini rəhbərin seçiminə məsul olan Ekspertlər Məclisinin Mazandaran vilayətindən olan üzvü Ayətullah Təvəkkoli məlumat yayıb.

Onun sözlərinə görə, Şuranın gizli komissiyasında təmsil olunan bir neçə şəxs indidən varis sayılacaq namizədləri araşdırır. Onlar öz fəaliyyətləri barədə yalnız Ayətullah Xamnəi ilə məsləhətləşirlər.

Ayətullah Təvəkkoli gizli komissiyanın üzvü olduğunu etiraf etsəı də, digər üzvlərin adlarını açıqlamaqdan yayınıb: "Elə şeylər var ki, onları sızdırmaq olmaz".

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti