8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan qanunsuz olaraq Gürcüstanın Abxaziya bölgəsinə səfər edərək, Suxumidə tələbələrlə görüşüb”.
Sozcu.info bu barədə “SOVA News”-a istinadən xəbər verir.
Simonyan 2001-ci ildə Gelayevin dəstəsini Soçiyə buraxmadıqlarına görə Rusiya xalqı adından abxazlara minnətdarlığını bildirib. O, Kodori dərəsindəki hadisələri işıqlandırmaq üçün jurnalist kimi Abxaziyaya səfərini xatırladıb və “abxaz xalqının təsirli ruhunu” qeyd edib.
“Bu, sadəcə heyrətamiz idi. Sizin xalqınızın ruhu bir çox başqa millətlərə bəs edərdi”, - deyə Simonyan bildirib.
“Exo Kafkas”-ın məlumatına görə, Simonyan beynəlxalq qeyri-hökumət təşkilatları, o cümlədən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) haqqında da tənqidi fikirlər səsləndirib. O, bu təşkilatları öz siyasətlərini və dəyərlərini tətbiq etməyə çalışmaqda, eyni zamanda ölkələrin “mədəni kodunu dəyişdirməklə” onları müstəqillikdən məhrum etməkdə ittiham edib.
O, “abxaz rəhbərliyinə” onlarla barışmaz mübarizə aparmaq üçün “müdriklik, cəsarət və güc” arzulayıb.
Hurriyyet.az