27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Azərbaycanla USAİD arasında uzunmüddətli tərəfdaşlıq var idi. Bununla yanaşı, onu da qeyd etmək istəyirəm ki, son bir neçə il ərzində bizim aramızda, USAİD təşkilatının Azərbaycanda işinə maneçilik törədən müəyyən məsələlər gündəmə çıxıb. Bu məsələlər, ziddiyyətlər bizim aramızda olan ikitərəfli yardım sazişi ilə ziddiyyət təşkil edir”.
Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman Azərbaycana üçgünlük səfərinin yekunları ilə bağlı fevralın 28-də keçirdiyi mətbuat konfransında bildirib ("Turan”).
O deyib ki, Azərbaycan hökumətinin nümayəndələri ilə çox açıq və səmimi şəkildə keçirilən görüşlər zamanı öz fikrini bildirib.
"Sözügedən çətinliklər və məsələlərin aradan qaldırlmasını gözləyirəm. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırmaq istərdim ki, sözügedən görüşlər zamanı mənə maneələrin aradan qaldırılmasına dair zəmanətlər verilmişdi. Sizinlə görüşə gəlməmişdən öncə çox inanmaq istərdim ki, sizə müsbət bir ismarış çatdıra bilim. Amma çox əfsuslar olsun ki, ümumiyyətlə hiss etdim ki, hər hansı bir irəliləyiş olmayıb və problemlər öz yerində qalıb. Ümumiyyətlə, biz Azərbaycanda iqtisadi inkişaf istiqamətində həyata keçirdiyimiz iş baxımından müsbət ismarış çatdırmaqda uğur qazana bilməyəcəyik”, - USAİD-in rəsmisi media nümayəndələrinə deyib.
Brok Birman «Amerikanın Səsi»nin bundan sonra USAİD ilə Azərbaycan arasındakı əməkdaşlığın necə olacağı və Azərbaycanla əsas mübahisə doğuran məsələnin nə olması ilə bağlı suallarının cavabında deyib ki, Azərbaycana səfəri zamanı müxtəlif nazirliklərin təmsilçiləri ilə görüş imkanı əldə edib.
"Ədliyyə, Kənd Təsərrüfatı, Vergilər nazirliklərində görüşlər keçirdim. Görüşlər əsnasında müəyyən məsələlərin həll olunması istiqamətində onların yardımını istədik. Bu məsələlər bizim tərəfdaşlarımızın qeydiyyatı və vergilərin ödənilməsinə dair olan məsələlər idi. Əfsus ki, bu məsələlərdə bizə yardım olunmadı”.
O, "Amerikanın səsi”nin "USAİD Azərbaycana hansı istiqamətlər üzrə yardım etmək istəyir ki, - məsələn, demokratiya, insan haqları, vətəndaş cəmiyyəti və sairə, - razılıq əldə olunmur” sualının cavabında belə deyib:"Əslində mənə aydın oldu ki, burada iqtisadi inkişaf istiqamətində bizim fəaliyyət göstərməyimiz üçün ümumiyyətlə, qapılar açıq deyil. Bu kimi ismarıcı mən Vaşinqtona da, bizim tərəfdaşlara da, özəl sektorun nümayəndələrinə də çatdıracam. Mənə elə gəlir ki, hökumət çox açıq olan bir ismarış göndərir. Yəni bu ismarış, çox sağ olun, eyni zamanda da çox sağ olmayın ismarışı kimi səslənir”.
"USAİD-in Azərbaycanda fəaliyyəti dayandırıla bilərmi” sualına cavabında o, birmənalı heç nə deməyib. Amma aydındır ki, USAİD təmsilçisi Bakıdan məyus ayrılıb və tezliklə bununla bağlı qərarın veriləcəyi gözləniləndir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaltmaq və ya tamamilə ləğv etmək barədə seçkiqabağı vəd vermişdi. Onların sırasında Azərbaycanda da fəaliyyət göstərən USAİD-ə maliyyə yardımını minimal həddə azaltmaq da vardı. ABŞ-ın Azərbaycandaki səfiri Robert Sekuta bu günlərdə deyib ki, USAİD-ə ayrılacaq yardımın dəqiq məbləği hələlik müəyyən edilməyib: "Konqresdə yardımın məbləğinin müəyyən edilməsi ilə bağlı müzakirələr davam edir”.
Sirr deyil ki, illərdir ki, ABŞ marağı olan ölkələrdə öz varlığını bu kimi təşkilatlar vasitəsilə göstərib. Təsadüfi deyil ki, bir sıra postsovet ölkələri USAİD də daxil olmaqla, ABŞ təşkilatlarını "rəngli inqilabları hazırlamaqda və maliyyələşdirməkdə” ittiham edib, hətta fəaliyyətlərini dayandırıb.
Yada salaq ki, 2009-cu ildən başlayaraq ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) və Beynəlxalq Respublikaçılar İnstitutu kimi demokratiyaya, vətəndaş cəmiyyətinin inkişafına yardım edən təşkilatları da Azərbaycanda fəaliyyətlərini dayandırıblar. İndi isə belə görünür ki, Azərbaycanda fəaliyyəti dayandırılan ABŞ təşkilatlarının sırasına USAİD də daxil olacaq. Hökumətin təşkilatın əsas rəhbərlərindən birinə mesajlarından bunu anlamaq mümkündür.
ABŞ prezidentinin kəskin tənqid edilən xarici siyasətinin bir parçası olan yardımların USAİD xətti ilə dayandırılmasının maliyyə baxımından Azərbaycana heç bir təsiri ola bilməz. Amma regional-coğrafi yerinə görə həm ətraf ölkələrin, həm Qərbin maraqlarının kəsişdiyi Azərbaycanda ABŞ institutlarının bir-bir ölkəni tərk etməsi yaxşı hal sayıla bilməz.
ABŞ-ın Azərbaycanda fəaliyyətinş məhdudlaşdırması yaxın qonşularımızı Bakıya yerləşməyə həvəsləndirir ki, bunun artıq ilkin siqnalları gəlməkdədir. Xüsusilə Rusiya həm açıq, həm qapalı dairələrdə ortaya qoyduğu mövqeyi ilə "Azərbaycanı daha da yaxınında görmək” istədiyini gizlətmir.
Məsələn, hələ bir neçə ay əvvəl Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Bakıda ofis yaratmaq istəyini dilə gətirmişdi. Dünən isə Rusiya Fövqəladə Hallar Nazirliyi yanında "Emerkom” Rusiyanın Beynəlxalq Humanitar Əməliyyatlarda İştirakının Təminatı və Əlaqələndirmə Agentliyinin direktoru Yuri Brajnikov maraqlı bir açıqlama verib (virtualaz.org). Yuri Brajnikov deyib ki, ilk dəfə Serbiyanın Niş şəhərində Rusiya-Serbiya Humanitar Mərkəzi yaradılıb: "Bu bizim ümidlərimizi doğrultdu. İkinci mərkəzi İrəvanda açmışıq. Növbəti mərkəz isə Bakıda yaradılacaq”./musavat.com/