Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sozcu.info "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanın baş nazirinin müavini, idman və mədəniyyət naziri Teya Sulukiani dövlət başçısı Salome Zurabişvilini Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə münasibəti ilə təbrik eləmədiyinə görə tənqid edib.Baş nazirin müavini deyib: "Cənab Əliyevi qələbə münasibəti ilə təbrik etməyən Gürcüstan Prezidentinin susqunluğu, mənim fikrimcə, dövlətimizə zərər vurur. Biz hamımız prezidentimizə xatırlatmaq istəyirik ki, son illərdə geosiyasi riskləri və təhlükəsizlik təhdidləri artan bir regionda yaşayırıq". O, Zurabişvilinin Azərbaycan Prezidentini təbrik etməməsinin onun uzaqgörən olmadığını göstərdiyini deyib: "Gürcüstan hökuməti hər gün bu riskləri sığortalamağa çalışır. Bu fonda isə prezident - o, həm də Ali Baş komandandır - bizim qonşumuzu, tərəfdaşımızı, dövlətimizin dostunu seçkilərdə qələbə münasibəti ilə təbrik eləməkdən yayınır. Bu, siyasi cəhətdən uzaqgörən olmamaq deməkdir. Prezident Bakı ilə tərəfdaşlıq münasibətlərinin saxlanılması və inkişafını hədəfə çevirməlidir".