SON DƏQİQƏ! Milli Məclis toplanır-SƏBƏB

Milli Məclisin deputatları parlamentə çağırılıb.
Sozcu.info xəbər verir ki, bu dəqiqələrdə parlamentarlar iclas zalına toplaşırlar.

Qeyd edək ki, sonuncu plenar iclasda spiker Sahibə Qafarova növbəti iclasın 29 martda keçiriləcəyini elan etmişdi. Bu mənada deputatların bu gün iclas zalına çağırılması suallar doğurur.

İlkin məlumatlarda iddia olunurdu ki, qəfil toplantı Milli Məclisə yeni seçkilərin keçirilməsi ilə əlaqədar ola bilər. Amma telefon açdığımız bəzi deputatlar bu ehtimalı təkzib etdilər.

Onlar hələlik məsələnin məğzi ilə bağlı tam məlumatlı olmadıqlarını, ancaq parlamentə dəvət olunmalarının “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təqdim edilməsi ilə bağlı ola biləcəyini bildirdilər.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti