8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti məhkəməyə verilib.Sozcu.info xəbər verir ki, Xidmət barəsində keçmiş işçisi Tomuyev Cabbar Səməd oğlu məhkəmədə iddia qaldırıb.O, müraciətində haqsız yerə işdən çıxarıldığını bildirib.C.Tomuyev Dövlət Xidməti tərəfindən işə bərpa edilməsini və əmək haqqının da ödənilməsini tələb edir.İddia hakim Fuad Talışınskinin sədrliyi ilə araşdırılacaq. Məhkəmə iddianı təmin edərsə, Xidmət keçmiş əməkdaşını işə bərpa etməyə və onun işdən ayrıldığı müddət üçün əməkhaqqısını ödəməyə məcbur olacaq.Xatırladaq ki, bundan daha bir keçmiş işçisi də haqsız yerə işdən çıxarıldığına görə Meşələrin İnkişafı Xidmətini məhkəməyə verib.Qeyd edək ki, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovdur. O, bu vəzifəyə bu ilin yanvarında təyin olunub.
iqtisadiyyat.az