26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Hadisə nəticəsində azı 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Hurriyyet.az xəbər verir ki, modern.az terror aktının qurbanları arasında soydaşlarımızın olub-olmadığını dəqiqləşdirmək üçün Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyevlə əlaqə saxlayıb.
O açıqlamasında deyib:
“Moskvada Azərbaycanın Xalq artisti Röya Ayxanın da konserti olacaqdı. Konsertə görə toplanan 1000-ə yaxın azərbaycanlı uğurla evakuasiya olunub. İlkin məlumata əsasən, zərərçəkənlər arasında azərbaycanlılar yoxdur.”