Qaribaşvilini həbs edəcəklər?- müxalifət tələb edir


Parlament müxalifətinin nümayəndələri “Gürcü arzusu” partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvilinin əmlakının araşdırılması üçün istintaq komissiyasının yaradılmasını tələb edirlər

Müxalifət deputatlarının aprelin 10-da keçirdiyi birgə mətbuat konfransında bildiriblər ki, artıq bu komissiyanın yaradılması üçün kifayət qədər imza toplayıblar. “İrakli Qaribaşvili hazırkı hakimiyyətin korrupsiyasının simvolu, qanunsuzluğun, özbaşınalığın və dövlət vəsaitlərinin israfçılığının əsas simasıdır. Qaribaşvili və ailəsi bu qədər sərvəti haradan əldə edib? Biz Gürcüstan parlamentində İrakli Qaribaşvilinin əmlakını araşdırmaq üçün komissiya yaradılmasını tələb edirik ”, - deyə Tamar Kordzaia bildirib.

Vətəndaşlar Partiyasının lideri Aleko Elisaşvilinin sözlərinə görə, müxalifət İrakli Qaribaşvilinin ailə üzvlərinin də rüşvətlə əlaqəsi olub-olmadığını öyrənmək istəyirlər.

“Biz şəffaflıq və yalnız şəffaflıq istəyirik ”, - Elisaşvili bildirib. 

parl -gür.jpg (278 KB)

Parlamentdə yalnız konkret məsələni öyrənmək, dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanun pozuntusu faktlarını araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılır. Komissiyanın yaradılması üçün əsaslar bunlardır:

Gürcüstanın dövlət təhlükəsizliyini, suverenliyini, ərazi bütövlüyünü, siyasi, iqtisadi və ya digər maraqlarını təhdid edən dövlət orqanlarının, vəzifəli şəxslərin qanunsuz hərəkətləri, korrupsiya hüquqpozmaları haqqında məlumat;

Dövlət büdcəsinin və yerli özünüidarəetmə büdcəsinin məqsədəuyğun olmayan xərclənməsi haqqında məlumat.

Parlamentin, komitənin, fraksiya sədrinin və ya parlamentin ən azı beşdə birinin müvəqqəti istintaq komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etmək hüququ vardır. Komissiyanın yaradılması üçün 50 deputatın dəstəyi tələb olunur, qərar qəbul edilərkən ona qarşı səslər nəzərə alınmır. Komissiyada müxalifətin təmsilçiliyi yarıdan az ola bilməz.

 

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti