Putinin Qərblə dəyişdiyi məhbuslardan biri Qarabağa dəfələrlə `ispan jurnalisti` adıyla qanunsuz səfərlər etmiş `QRU` agenti olub... - BU DA FAKT!!!

Putinin Qərblə dəyişdiyi məhbuslardan biri Qarabağa dəfələrlə `ispan jurnalisti` adıyla qanunsuz səfərlər etmiş `QRU` agenti olub...
Azərbaycan mediasında 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə hadisələrini işıqlandıran İspaniya jurnalisti kimi tanınan Pablo Qonzalesin Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin (“QRU”) agenti olduğu təsdiqlənib.

Moderator.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni bürosu(“Azatutyun”) məlumat yayıb.

Məlumatdan bəlli olur ki, 2022-ci ilin yazında Polşa xüsusi xidmət orqanları ukraynalı həmkarları ilə birgə əməliyyat zamanı həbs etdikləri Qonzalesin “QRU” agenti olduğunu üzə çıxarıblar. Bəlli olub ki, əslində o, Rusiya vətəndaşı Pavel Rubtsovdur. Xəbərdə bildirilir ki, onu 2023-cü ilin sentyabrınadək Xankəndində yaşamış ermənilərdən biri Rusiya ilə Qərb arasında tarixi əsir mübadiləsinin kadrlarını izləyərkən tanıyıb. O, Rusiya xüsusi xidmət orqanlarının casuslarından “FSB” killeri Vadim Krasikovun ardınca təyyarə trapından düşən şəxsin 2012-2013-cü illərdən bu yana Xankəndinin daimi əcnəbi qonaqlarından birinə çevrilmiş ispan jurnalist Pablo Qonzales kimi tanıdığını xatırlayıb...

Həmin kadrlarda Rusiya prezidenti V.Putinin ispan müstəqil jurnalistini təmsil edən Pavel Rubtsovu qırmızı xalı üzərində səmimi əl sıxma ilə qarşıladığı görünür.

Xatırladaq ki, bu “QRU” agentinin Azərbaycan mediasında adı əsasən 2020-ci ilin 44 günlük savaşından bəri Rusiya saytlarının verdiyi məlumatlar əsasında hallanmağa başlanıb(məs,burada: ). Həmin məlumatlarda guya onun Azərbaycan tərəfinin maraqlarından çıxış etməsi haqda yazılıb. Halbuki, bu Rusiya agenti 10 ildən çox müddətdə Azərbaycan ərazisinə qanunsuz şəkildə daxil olaraq Qarabağdakı separatçı-terrorçu rejim liderlərinin Azərbaycan əleyhinə müsahibələrini nümayiş etdirən xarici vətəndaşlardan biri olub. Pavel Rubtsov hətta 44 günlük müharibə zamanı Ermənistan baş naziri N.Paşinyanla da müsahibə götürməyə nail olub.
Mübaribə bitəndən sonra "QRU" agenti yenə də müstəqil ispan jurnaıisti adı altında xarici media mənsubları arasında Şuşada da və s. olub...

Bu "QRU" agentinin 2012-ci ildə qanunsuz şəkildə Xankəndində və s. ilə paralel Azərbaycanın nəzarətində olan ərazilərimizə də gəlməsi və ispan jurnalisti kimi rəsmi qurumlarla da görüşlər keçirməsi haqda da dəqiq məlumatımız var...

Zəruri şərh:

Baxın, Rusiya imperiyası, kəşfiyyatı bizləri belə barmağına sarıyıb. Bu hələ məlum olanların, üzə çıxanların mində biridir... “İspan jurnalisti” “Pablo Qonzales”in son 11-12 ildə Azərbaycanın Qarabağ ərazisində, Ermənistanda və Avropa ölkələrindəki əməlləri haqda geniş yazını yaxın müddətdə təqdim etməyə çalışacağıq...

P.S. Bilirik ki, bu yazımız Kremlin “5-ci kalon”unu, Bakıdakı agenturasını bərk əsəbiləşdirəcək və bizi yenə də hədəfə alacaqlar... Əllərindən gələni beş qaba çəksinlər... İkincisi də biz nədən qorxuruq ki... Məgər müstəqil(!), milli(!) dövlətimizin müvafiq qurumları bizi mühafizə və müdafiə etməyəcək ki...

Putinin Qərblə dəyişdiyi məhbuslardan biri Qarabağa dəfələrlə `ispan jurnalisti` adıyla qanunsuz səfərlər etmiş `QRU` agenti olub...
Putinin Qərblə dəyişdiyi məhbuslardan biri Qarabağa dəfələrlə `ispan jurnalisti` adıyla qanunsuz səfərlər etmiş `QRU` agenti olub...



Oxşar Xəbərlər

Xəbər lenti