Kiyevdə özəl universitetlərdən birinin prorektoru təhsil müəssisəsinə qəbul üçün abituriyentdən 2000 dollar alarkən saxlanılıb. Bu barədə sentyabrın 6-da Kiyev şəhər Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.Qeyd olunur ki, təhsil müəssisəsinin prorektoru universitetə qəbul imtahanları zamanı ona düzgün cavablar verməkdə köməklik edib.O, pul ödəmək zərurətini onunla izah edib ki, “indi tələbə olmaq istəyən çoxlu kişilər var, sənədlərdən və qəbul imtahanlarından əlavə, onlara 2000 dollar da lazımdır”.Həmin şəxs pul alarkən saxlanılıb. O, artıq şübhəli şəxs elan edilib. Cinayətkarı 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. (lent.az)