16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-u bütün ASAN Xidmət və ASAN kommunal mərkəzlərində qeyri-iş günü olacaq.
Sozcu.info xəbər verir ki, bu barədə "ASAN Xidmət"dən məlumat verilib.
Belə ki, noyabrın 11-dən 14 noyabr tarixinədək vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı ASAN Xidmət mərkəzləri istisna olmaqla digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.
Noyabrın 11, 12 və 13-ü hazır sənədlərini 2 saylı Bakı ASAN Xidmət mərkəzindən əldə etməli olan vətəndaşlar 6 saylı Bakı ASAN Xidmət mərkəzinə, 5 saylı Bakı ASAN xidmət mərkəzindən əldə etməli olan vətəndaşlar isə 7 saylı Bakı ASAN Xidmət mərkəzinə müraciət edə bilərlər.