Yarım milyon manatı mənimsəyən direktordan xəbər var


Bakıda külli miqdarda mənimsəmə də təqsirləndirilən sahibkar Tural Heydərlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Sozcu.info xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, “Firstek” mağazasının direktoru Heydərli Tural Sahib oğlu barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. O, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.

Pravda.az



Oxşar Xəbərlər

Xəbər lenti