Həbsdə olan iş adamının bacısı ədliyyə nazirindən kömək istədi - Qardaşımı həbsxanada öldürmək istəyirlər


2018-ci ildən məhkumluq həyatı yaşayan iş adamı Tapdıq Namazovun cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəsəsində səhətində ciddi problemlər yaranıb. 

Sozcu.info xəbər verir ki, bu barədə "Azərbaycan Reallığı"na onun bacısı Zemfira Qəmbərova məlumat verib. Onun sözlərinə görə, 2018-ci ilin sentyabrında həbs olunan qardaşı Tapdıq Namazov 1 il sonra Bakı İstintaq Təcridxanasında infarkt keçirib:  

"Həmin vaxt Mərkəzi Klinikaya köçürüb. Orada təclli ürək əməliyyatı etdilər sonra Penitensiar Xidmətin Müalicə Müəssəsinə köçürüldü. 8 il həbs cəzası aldıqdan sonra 12 saylı cəzaçəkmə müəssisəsinə aparılıb. Artıq 5 ildir ki həmin cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır. Hazırda həmin cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində qalır həkim nəzarətindədir.  

Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin  olunandan sonra tapşırıq verib ki, cəzaçəkmə müəssisəsində tibb məntəqəsində qalan bütün dustaqları oradan çıxararaq boşaltma barədə göstəriş verib. Səbəb isə çox gülüncdür. 

Guya rüşvətin qarşısını alırlar. Tibb məntəqəsinin Elçin adlı həkimi var ki, elə ilk növbədə hüquq-mühafizə orqanları onun barəsində araşdırma aparsa yaxşı olar. Rüşvəti 3 dəfə artıq ediblər adiyyəti orqanlar buyursun getsin həbsxanaya bu barədə qardaşım Taqdıq Namazovun özü ilə söhbət etsinlər.

Bu dediklərmizi faktlarla sübut edəcək, Tapdıq Namazov da pul verən deyil, verməyəcəyik. Bunu qəsdən edirlər əvvəlkindən daha çox pul alsınlar bu da olmayacaq. Ədliyyə Nazirliyinə yeni nazir təyin olunmuş cənab Fərid Əhmədovun bunlardan xəbəri yoxdur. 

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilli nazirin ona verdiyi səlahiyyətdən su istfadə edir və pula görə ürəyində stent olan və ürək əməliyyatı olunan adamı həbsxananın tibbi məntəqəsindən çıxarıblar. Diqqətinizə çatdırıram ki, onun həyatına hər an təhlükə ola bilər.  

Qardaşım Tapdıqı türmədə infarkt etdilər, indi bununla kifayətlənməyərək öldürmək İSTƏYİRLƏR. Cənab Fərid Əhmədovdan xahiş ş edirəm bu işi təcili nəzarətə götürsün, peşə çünki qardaşmın durumu olduqca acnacaqldır".  

"Azərbaycan Realllığı" yazda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırdır 

Xatırladaq ki iş adamı Tapdıq Namazovla bağlı yerli mətbuatda kifayət qədər məlumatlar yayılıb və ailə üzvləri onun həbsinin sifariş olduğunu bildirirlər.  

Bu məsələdə daha çox keçmiş Vergilər Nazirliyinin, indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları Mahir Xudiyev və Natiq Əliyev günahlandırılır.  

Yeri gəlmişkən, N.Əliyevin hazırda Dövlət Vergi Xidmətinin Nərimanov filialında çalışdığı bildirilir və onlar iş adamına məxsus olan  MTK-dan bir neçə mənzili qanunsuz yollarla ələ keçirmək istəsələr də iş adamı buna razı olmadığı üçün şərlənərək həbs olunduğu iddia edilir. 



Oxşar Xəbərlər

Xəbər lenti