Baş nazir: Bu günə qədər azad edilən ərazilərə 2 417 ailə köçürülüb


Bu günə qədər azad edilən ərazilərə 2,417 ailə, yəni 9,306 nəfər köçürülüb.

Sozcu.info  xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında deyib.

Ə.Əsədov bildirib ki, President İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir:

"2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait ayrılıb (o cümlədən 2025-ci ildə 4 mlrd manat)".

Report.az



Oxşar Xəbərlər

Xəbər lenti