24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Sozcu.info "Anadolu Agentliyi"nı xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı abəyanat verib. Onun sözlərinə görə, Azərbaycanın sərnişin təyyarəsi Rusiyanın zenit-raket kompleksi ilə vurulduqdan sonra Qazaxıstana sarı uçub. Kovalenkonun 25 December tarixli bəyanatında deyilir: "Bu gün səhər Azərbaycana məxsus aviaşirkətin Bakıdan Qroznıya uçan "Embraer 190" təyyarəsi Rusiyanın zenit-raket kompleksi ilə vurulub". Onun sözlərinə görə, dron hücumları ehtimalı zamanı Rusiya Qroznı üzərində hava məkanını bağlamalı olduğu halda, bunu etməyib. Nəticədə təyyarə zədələnib. Ona Qroznıya enmək icazəsi verməklə insanların həyatının xilas olmasına imkan yaratmaq əvəzinə Qazaxıstana yollayıblar. Qeyd edək ki, bu yalnız Ukrayna tərəfinin iddiasıdır. Yekun nəticə istintaqdan sonra bəlli olacaq.