7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın.
Yenisabah.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bu məsələ haqqında fikirlərini belə ifadə edib:
“İlk növbədə qeyd edim ki, biz artıq hər saat Bakı və digər böyük şəhərlərdə səhər saatlarında ictimai nəqliyyatın həddindən artıq yüklənməsi problemi ilə üzləşirik. Bu sıxlıq tələbələr, valideynlər və işçilər üçün hər gün vaxt itkisinə, narahatlığa və hətta təhlükəsizliyə zərər verə biləcək vəziyyətlərə səbəb olur. Statistik müşahidələr və dünya təcrübəsi göstərir ki, dərs və iş saatlarının uyğunlaşdırılması və ya fərqli vaxtlarda başlaması həm nəqliyyat sisteminin yükünü azalda, həm də təhsil və iş məhsuldarlığını artıra bilər.
Azərbaycanda hazırda məktəblərin dərs saatları, əsasən, səhər saat 8:00-da başlayır. İş saatlarının çox vaxt 9:00-da başlaması ilə məktəb və iş trafiki üst-üstə düşür. Bakı Metropoliteninin 2023-cü ilə aid statistikasına əsasən, səhər saat 7:30-dan 9:00-a qədər metroda sərnişin axını pik həddə çatır və bu müddət ərzində nəqliyyatdan istifadə edən sərnişinlərin 35-40%-ni məktəb yaşlı uşaqlar və onların valideynləri təşkil edir. İctimai avtobuslarda isə bu göstərici 45%-ə qədər artır. bu gostərir.
Qanunvericiliyə nəzər saldıqda, Azərbaycanda məktəb dərslərinin başlanma vaxtı ilə bağlı konkret normativ hüquqi akt yoxdur. “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanunu təhsil müəssisələrinin fəaliyyət prinsiplərini müəyyən etsə də, dərslərin başlanma vaxtının tənzimlənməsi təhsil idarəetmə orqanlarının və hər bir məktəbin daxili qərarına əsaslanır. Bu, çevik yanaşmalar üçün imkan yaratsa da, vahid bir strategiyanın olmaması sistemdə problemlərə səbəb olur.”
Ekspert bildirib ki, dərslərin başlanma saatının 10:00-a keçirilməsi müxtəlif problemləri həll edə bilər:sağlamlığı və məhsuldarlığının artırılması baxımından əhəmiyyətli ola bilər. Bu yanaşma dünya təcrübəsində öz səmərəliliyini sübut etmişdir və Azərbaycanda da tətbiq edilə bilər. Təhsil Nazirliyi və Nəqliyyat Agentliyi birgə pilot layihələr həyata keçirərək bu məsələnin mümkün təsirlərini araşdırmalı, nəticələri təhlil etməli və uyğun qərarlar qəbul etməlidir. Şagirdlərin təhlükəsizliyi, sağlamlığı və təhsil keyfiyyəti üçün bu məsələnin prioritet olaraq gündəmə gətirilməsi zəruridir”.