Beyləqanda 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunub -Fotolar

Beyləqan rayonunda Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümünü münasibətilə tədbir keçirilib.


Sozcu.info xəbər verir ki, tədbir çərçivəsində ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Polis əməkdaşları parad düzülüşündə, Dövlət Himninin sədaları altında abidənin önünə gəliblər. Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Beyləqan rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.


Daha sonra tədbir Beyləqan Rayon Polis Şöbəsində davam etdirilib. Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Tədbiri giriş nitqi ilə Beyləqan Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ceyhun Qurbanov açaraq iştirakçıları salamlayıb, Azərbaycan Polisinin keçdiyi tarixi yoldan, hüquq-mühafizə orqanlarının müasir çağırışlara uyğun fəaliyyətindən və şəxsi heyətin fədakar xidmətindən bəhs edib. 


Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Polisinin müstəqillik dövründə əldə etdiyi mühüm nailiyyətlərdən və bu qurumun ölkənin təhlükəsizlik sistemində tutduğu strateji mövqedən bəhs edib. Ə.Əzizov müasir Azərbaycan polisinin formalaşmasında və hüquq-mühafizə orqanlarının inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, dahi rəhbərin hüquqi dövlət quruculuğu sahəsində atdığı addımların bu gün də öz bəhrəsini verdiyini və bu siyasi kursun ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Rayon rəhbəri polis əməkdaşlarının xidməti fəaliyyətlərini yüksək qiymətləndirərək, onları peşə bayramı münasibətilə təbrik edib və bir qrup əməkdaşı Fəxri Fərmanla təltif edib. 


Beyləqan Rayon Prokuroru Elşad Əzimov,  Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Füzuli Rayon Hərbi prokuroru Elçin Hacıyev və digərləri çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik ediblər, Azərbaycan Polisinin keçdiyi tarixi yol, müasir dövrdə qarşıya qoyulan vəzifələr və hüquq-mühafizə sistemində xidməti fəaliyyətin strateji əhəmiyyəti barədə fikirlərini bölüşüblər.


Tədbir Beyləqan Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ceyhun Qurbanovun yekun nitqi ilə başa çatıb.






Oxşar Xəbərlər

Xəbər lenti