Taksilərdə gedişhaqqı niyə artıb? - RƏSMİ


Biri deyir gedişhaqqı qalxıb, digəri isə təkzib edir.

Sozcu.info “Yeni Sabah”-a istinadən xəbər verir ki, son günlərdə sosial şəbəkələrdə taksilərdə qısa məsafələr üçün gedişhaqqı qiymətlərinin artdığı ilə bağlı məlumatlar yayılıb. ''UBER'' taksi şirkətində ilkin qiymətin 4, ''Boltda'' isə 3 manat 50 qəpik olduğu deyilir.

Gediş haqqında artım olub-olmadığını öyrənmək üçün sürücülərin fikirlərini öyrəndik. Əksər sürücülər qiymətin artdığını desələr də, bəziləri bu fikri təkzib etdilər.

Qeyd edək ki, taksilərdə gedişhaqqı ən yaxın ünvana minimum gedişhaqqı 2.50 qəpik təşkil edirdi. Taksi sürücülərinin fikirlərindən belə başa düşmək olur ki, qiymətlərdə xüsusən də günün pik saatlarında artım var. 

Məsələ ilə bağlı ''UBER''in mətbuat xidmətindən bildirdilər ki, ümumi gedişhaqqını formalaşdıran məbləğlər dəyişdirilməyib. Qiymətə səfərin vaxtı və məsafəsi, xəttə çıxan azad sürücülərin sayı və sərnişin tələbatı təsir edir.

''BOLT'' şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə bildirdilər ki, qiymətlərdə artım yoxdur. Amma bəzi istisnalar var ki, bu da qiymətlərə təsir edə bilər. "Xüsusən günün pik saatlarında, yəni tələb çox olduğu halda, pis hava şəraitində, təmir səbəb ola bilir", - deyə şirkətdən qeyd etdilər.



Oxşar Xəbərlər

Xəbər lenti