Dünən, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Beyləqanda Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Günü təntənə ilə qeyd olunub
Konstitusiya və Suverenlik ili” çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Mədəniyyət Mərkəzi və Niyazi adına Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibəti ilə “Üzeyir dünyası – Milli Musiqi Günü” adlı tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələri, Ağsaqqallar Şurasının üzvləri, idarə müəssisə-təşkilatlarının əməkdaşları və rayon ictimaiyətinin nümayəndələri iştirak edib.
Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayan tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov tədbirin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Gününün məhz “Koroğlu” uvertürasının coşqusu ilə başlanması böyük rəmzi məna daşıyır. Bu musiqi xalqımızın qəhrəmanlıq ruhunu, azadlıq eşqini ifadə edir. RİH başçısı bildirmişdir ki, musiqi bayramının eləcə də işğaldan azad olunmuş Qarabağ torpaqlarında qeyd olunması xalqımızın Zəfər təntənəsinin, suverenliyimizin, milli ruhumuzun əbədiliyinin təsdiqidir. Bütün bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, həyata keçirdiyi düşünülmüş siyasət və Qarabağ Zəfəri ilə əldə olunmuş tarixi nailiyyətlərin bəhrəsidir.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov da çıxış edərək Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından, Azərbaycan xor musiqisinin inkişafına və muğamın qorunmasına verdiyi töhfələrdən danışıb.
Sonda “Gənclik” Xalq teatrının ifasında, Üzeyir bəyin “Arşın mal alan” operettasından səhnələr, Beynəlxalq Muğam Festivalının qalibi, Opera və Balet teatrının solisti Mirəli Sarızadənin, Uşaq Musiqi məktəbinin şargidlərinin və rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının birgə hazırladığı rəngarəng rəqs və musiqi nömrələri təqdim olunub.
Sozcu.info