7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
Türkiyəli siyasi analitik Volkan Aydemir REAL TV-yə verdiyi müsahibədə gözlənilməz və sensasion açıqlamalar verib. Aydemir bildirib ki, Azərbaycana məxsus AZAL təyyarəsinin vurulmasının əsas səbəbi Ukraynadır. O, iddia edir ki, Ukrayna dronları AZAL təyyarəsinin arxasına gizlənərək Rusiya istiqamətində, Qroznıya hücum həyata keçirib və nəticədə Rusiyanın yanlışlıqla “dost atəşi” törətməsinə səbəb olub.
Aydemirə görə, bu hadisədə əsas günahkar Ukrayna sayılmalıdır, çünki təcavüz ilk olaraq onlardan gəlib. Lakin jurnalistin “dost atəşi nədir və sizin fikrinizcə bu, necə izah olunur?” sualına Aydemir məntiqli və əsaslandırılmış cavab verməkdə çətinlik çəkib.
Volkan Aydemirin bu cür açıqlamaları Azərbaycan auditoriyasında heyrət və ciddi narazılıq doğurub. Çünki bu iddialar həm obyektivlikdən uzaqdır, həm də gözləntiləri doğrultmur. Hər halda, fakt qalır ki, mülki təyyarəni vuran və bu insidentə görə cavabdehlik daşıyan birbaşa Rusiya tərəfidir. AZAL təyyarəsinə atəş açıldıqdan sonra məsuliyyəti qəbul etməkdən yayınması və cinayəti ört-basdır etməsi isə Rusiyanın məsuliyyətini daha da ağırlaşdırır.
Hadisədən sonra təyyarənin qara qutusu Braziliyada açılıb və məlumatlar Qazaxıstana göndərilib. Gözlənilir ki, bu məlumatlar Volkan Aydemirin irəli sürdüyü “dost atəşi” kimi əsassız iddiaları alt-üst edəcək və əsl həqiqəti ortaya qoyacaq.
Azərbaycan rəsmiləri və medianın böyük bir hissəsi bu insidentin Rusiyanın səhvi nəticəsində baş verdiyini vurğulayıb. Lakin bu, Rusiyanın hərəkətlərini “dost atəşi” kimi qəbul etmək anlamına gəlmir. Rusiya mülki təyyarəyə atəş açaraq beynəlxalq hüququ kobud şəkildə pozub və bu hərəkət mülki aviasiyaya qarşı cinayət kimi qiymətləndirilməlidir. \\Musavat.com