“Ricon” MMC aylardır işçilərin maaşını vermir – DAHA BİR ŞİKAYƏT


Goranboy rayonu, Dəliməmmədli şəhər saakini Əlixanov Nicat Rövşən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “RİCON” MMC şirkəti onun və digər iş yoldaşlarının əmək haqlarını vermir:

“Mən, Əlixanov Nicat Rövşən oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, 31.08.2023-cü ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində yerləşən “RİCON” MMC şirkətinin Bina layihəsinin gecə mühafizəçi vəzifəsində işə başladım. 550 manat əmək haqqı alırdım. Lakin son 5 ayımı, yəni aprel, may, iyun, iyul və avqust aylarının əmək haqlarını kəsdilər. Hətta məzuniyyət pulumu da vermədilər.

Şirkət rəhbərlərindən Rəşad İsmayılov hər dəfə deyirdi ki, pul yoxdur.

Digər iş yoldaşlarımcda mənim kimi belə dələduzluqla üzləşiblər.

Sentyabr ayının 3-də öz ərizəmlə işdən azad olundum. Hər ailənin olduğu kimi, mənim də problemlərim var. Kreditim və digər borclarım var. Şirkətin mənə 3 min manat verəcəyi var. Hazırda işimiz Goranboy rayon Polis bölməsindədir. Amma hələ heç bir məlumat yoxdur. Həmçinin, İcra Hakimiyyətinə də şikayətimizi bildirmişik”.

Məsələ ilə bağlı şirkətin rəhbər şəxslərindən olan Rəşad İsmayılovla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Xatırladaq ki, bir neçə gün əvvəl Gəncə şəhər sakini Səfərəliyev Müşviq Həsən oğlu tərəfindən də sözügedən şirkətlə əlaqəda şikayət daxil olmuşdu.

“2025-ci ilin aprel, may, iyun aylarının əmək haqlarını və məzuniyyət pulunu hələ ala bilməmişəm. Soruşanda, deyirlər ki, pulumuz yoxdur”, - deyən M.Səfərəliyev “RİCON” MMC şirkətinin rəhbərliyindən şikayətçi idi.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti