17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
“ORİON GLOBAL” MMC-nin 73 min manatdan çox vergi borcu üzə çıxıb“ORİON GLOBAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə böyük miqdarda vergi borcu yaranıb.Sozcu.info xəbər verir ki, şirkətin 73.464,31 manat məbləğindədir.Şirkət AZ1106, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 7A ünvanında qeydiyyatdan keçib. Hüquqi şəxs MİRSADİQ SADIQOV SADIQ OĞLU tərəfindən təmsil olunur. Nizamnamə kapitalı 20 AZN-dir.Mediada gedən məlmatlara görə, əvvəllər "Orion Global” MMC Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlüyə məxsus olub. Hazırda şirkətin qanuni təmsilçisi Sadıqov Mirsadiq Sadıq oğludur.Turqay Müslümlü daha əvvəl "Orion Global” MMC ilə bərabər "Orion Construction” MMC və "Orion Cars” MMC-nin qanuni təmsilçisi olub. Onun qardaşı - Asim Müslümlü isə "Orion Creativ Solutions” MMC-nin qanuni təmsilçisi olub.Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.Onu da qeyd edək ki, "Orion Global” MMC barəsində daha əvvəl də çoxsaylı məhkəmə iddiaları qaldırılıb.
32gun.az